Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 8(076)-150/2023 02.03.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Tanırverdiyev Elnur Mehti oğlunun katibliyi ilə, Şəmkir Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş “borclunun əmlakı üzərinə qoyulmuş həbsin götürülməsi barədə” təqdimata açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin rəisi Xəyal Əlizadə təqdimatla məhkəməyə müraciət edərək, Borclu məxsus “VAZ-21063” minik markalı **-BF-*** dövlət nömrə nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi məsələsinə baxılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Şəmkir rayon Məhkəməsinin 2(076)-1438/2012 saylı, xx.xx.2012-ci il tarixli icra sənədinə əsasən Borclu təbii qazdan istifadəyə görə “Azəriqaz” X1 X2 xeyrinə 635 manat məbləğində xidmət haqqı tutulmalıdır. İcra sənədi üzrə tələb borclu tərəfindən təmin edilmədiyindən Borclu məxsus “VAZ-21063” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə məhkəməyə təqdimat verilmiş və Şəmkir rayon Məhkəməsinin 8(076)-433/2012 saylı qərardadı ilə təqdimat təmin edilmişdir. İcra sənədi üzrə mövcud borc Borclu tərəfindən tam şəkildə təmin olunmuşdur. Göstərilənlərə əsasən Borclu məxsus "“VAZ-21063” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən həbsin götürülməsi məsələsinə baxılması xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, tərəflər və Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin rəisi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə AR MPM-in 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, təqdimatı və ona əlavə olunmş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Şəmkir Rayon Məhkəməsi tərəfindən verilmiş 12 iyul 2012-ci il tarixli 2(076)-1438/2012 saylı məhkəmə əmrindən görünür ki, Şəmkir şəhəri, Aşıq Hüseyn küçəsi ev 52 –də yaşayan Borclu təbii qazdan istifadəyə görə “Azəriqaz” X1 X2 xeyrinə 635 manat məbləğində xidmət haqqı tutulmalıdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Şəmkir şəhəri, Aşıq Hüseyn küçəsində yaşayan abonent kodu **********00520 olan Borclu həqiqətən onun xx.xx.2023-cü il tarixinə təbii qazdan istfadəyə görə debitor borcu yoxdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, icra hərəkətləri nəticəsində X3 İstismar idarəsinin arayışına əsasən icra sənədi üzrə tələb yerinə yetirilmiş və Şəmkir rayon Məhkəməsinin 2(076)-1438/2012-ci il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, hazırki vəziyyətdə borclunun əmlakı üzərinə həbs qoyulması üçün əsaslar aradan qalxdığından, təqdimat təmin olunmalı, icra sənədi üzrə Borclu məxsus “VAZ-21063» minik markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Тəqdimat təmin edilsin. Şəmkir rayon Məhkəməsinin 2(076)-1438/2012 saylı xx.xx.2012-ci il tarixli icra sənədi üzrə Borclu məxsus “VAZ-21063» minik markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №8(076)-150/2023
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №8(076)-150/2023
02.03.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver