Məhkəmə qərarları › İş №8(076)-156/2025

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №8(076)-156/2025

07.03.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 8(076)-156/2025 07.03.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim: Heydərova Nazlı Azər qızının sədrliyi Katib: Heydarov Cəmil Elxan oğlunun katibliyi ilə Tələbkar: X1 “İcra sənədinin qaytarılması haqqında” Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi və Şəmkir Rayon Məhkəməsinin xx.xx.2015ci il tarixli, 2(076)-306/2015 saylı icra sənədinin təkrar icraya yönəldilməsi barədə tələbkar X1 ərizəsinə Şəmir rayon məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəmkir Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(076)-306/2015 saylı icra sənədinə əsasən, Borclu 56000 ABŞ dolları məbləğində pul, ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə 1000 manat məbləğində pul və 30 manat ödənilmiş dövlət rüsumu alınaraq X2 ödənilməsi qət edilmişdir. Bu barədə qətnamə qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmişdir. Hazırda yuxarıda qeyd olunan icra sənədi üzrə tələbkar X3 ərizə ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsini və Şəmkir Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(076)-306/2015 saylı qətnaməsinin təkrar icraya yönəldilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı tələbkar X3 izahatında ərizəsinin dəlillərini müdafiə edərək ərizənin rtəmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şəmkir rayon İcra və Probasiya Şöbəsinə və borcluya məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə işə icra məmurunun və borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına qiymət verərək hesab edir ki, tələbkarın ərizəsi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(076)-306/2015 saylı icra sənədinə əsasən, Borclu 56000 ABŞ dolları məbləğində pul, ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə 1000 manat məbləğində pul və 30 manat ödənilmiş dövlət rüsumu alınaraq X2 ödənilməsi qət edilmişdir. Bu barədə qətnamə qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmiş, icra hərəkətləri həyata keçirilərkən tələbkarın ərizəsi əsasında Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli qərarı ilə icra sənədi məhkəməyə geri qaytarılmışdır. Göründüyü kimi Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun xx.xx.2022-ci il tarixli qərarı ilə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(076)- 306/2015 saylı icra sənədi məhkəməyə geri qaytarılmışdır. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5–ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Həmin Qanunun 23.1.1–ci maddəsinə əsasən tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi tələbkarın ərizəsi əsasında icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Həmin Qanunun 87.1-ci maddəsinə əsasən, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Şəmkir rayon məhkəməsinin 2(076)- 306/2015 saylı, xx.xx.2015-ci il tarixli icra vərəqəsinə əsasən borclunun xeyrinə ümumilikdə 56 000 (əlli altı min) ABŞ dolları və 1030 manat məbləğində pul tutulmalıdır. İcra sənədi üzrə icra məmuru lazimi icra tədbirlərini görməyərək, icra sənədinin məhkəməyə qaytarılmasını qərara almışdır. Məhkəmə hesab edir ki, tələbkarın şikayəti əsaslıdır. Hazırki vəziyyətdə icra sənədinin məhkəməyə qaytarılması üçün hüquqi əsas yoxdur. İcra hərəkətləri üzrə tələbkarın üstün maraqları qorunmalıdır. Məhkəmələr qanunun gücü ilə subyektlər üzərində nəzarəti həyata keçirtməklə mükəlləfdirlər. Odur ki, şikayət təmin edilməli; Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli “icra sənədinin qaytarılması haqqında” qərarı ləğv edilməli və icra sənədi təkrar icraya yönəldilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 268, 269cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Ərizə təmin edilsin. “İcra sənədinin qaytarılması haqqında” Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli qərarı ləğv edilsin. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(076)-306/2015 saylı icra sənədi icra edilməsi üçün təkrar icraya yönəldilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nazlı Heydərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar