Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 8(076)-159/2025 11.03.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi ilə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(076)-3484/2024 saylı icra sənədi üzrə Borclu “Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair” Şəmkir rayon İcra və Probasiya Şöbəsinin təqdimatına açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(076)-3484/2024 saylı icra sənədinə əsasən, Borclu 19995 manat məbləğində pul vəsaiti və 150 manat dövlət rüsumu tutulaq Tələbkar MMC-yə ödənilməsi qət edilmişdir. Hazırda Şəmkir rayon İcra və Probasiya Şöbəsi təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(076)-3484/2024 saylı icra sənədi xx.xx.2025-ci il tarixdə Şəmkir rayon İcra və Probasiya Şöbəsinə daxil olmuşdur, icraata başlamaq haqqında qərar qəbul edilərək qərarın surəti bildirişlə bərabər borclunun ünvanına göndərilmişdir. İcra sənədində olan tələbi könüllü təmin etməsi üçün borcluya 10 gün müddət müəyyən edilmiş, lakin, bu müddət ərzində tələb könüllü təmin edilmədiyi üçün, borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmiş və borclunun adına daşınar, daşınmaz əmlak eləcə də, bank və kredit təşkilatlarında heç bir qiymətli əşyalar aşkar olunmamışdır. Borclu ölkəni mütəmadi olaraq tərk edir, ölkəyə gedib-gəlməklə oradan uzun müddət qayıtmayacağı ehtimalı vardır. Odur ki, Borclu ölkədən getmək hüququnun borcunu tamamilə ödəyənədək müvəqqəti məhdudlaşdırılmasını xahiş etmişdir. İş üzrə icra məmuruna, tələbkara və borcluya məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən işə icra məmurunun, tələbkarın və borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, təqdimatın dəlillərinə, işdə olan sənədlərə və digər iş materiallarına əsasən hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, təqdimata əlavə olunmuş sənədlərdən görünür ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(076)-3484/2024 saylı icra sənədinə əsasən, Borclu 19995 manat məbləğində pul vəsaiti və 150 manat dövlət rüsumu tutulaq Tələbkar MMC-yə verilməsi qət edilmiş, lakin, borcluya tələbin könüllü icrası haqqında bildiriş, habelə müvafiq xəbərdarlıq edilməsinə baxamayaraq, o, öhdəliyini yerinə yetirməmiş, nəticədə onun ödənilməmiş borcu qalmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Ona görə də məhkəmə hesab edir ki, Borclu ölkədən getmək hüququnun borcunu tamamilə ödəyənədək müvəqqəti məhdudlaşdırılmasına dair icra məmurunun təqdimatı əsaslıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-in 231, 263, 264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqdimat təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(076)-3484/2024 saylı icra sənədi üzrə borcunu tamamilə ödəyənədək Borclu оğlunun Azərbaycan Respublikasından getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Taleh Musayev
Məhkəmə qərarları › İş №8(076)-159/2025
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №8(076)-159/2025
11.03.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver