Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 8(076)-165/2023 14.03.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Tanırverdiyev Elnur Mehti oğlunun katibliyi ilə, Şəmkir rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 və Borclu iştirakları ilə Şəmkir Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş “Daşınar (avtomobil) əmlak üzərinə həbs qoyulması haqqında” təqdimata açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Xəyal Verdiyev təqdimatla məhkəməyə müraciət edərək, Şəmkir Rayon Məhkəməsi tərəfindən verilmiş 2(076)- 3417/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu məxsus “VAZ 21013” minik markalı **-BA-*** dövlət qeydiyyat nişanlı və “MERCEDES BENZ E200” minik markalı, **-NH-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Şəmkir Rayon Məhkəməsininin 22(076)- 3417/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən Borclu 2378.82 ABŞ dolları məbləğində pul və 20 manat dövlət rüsumu alınaraq tələbkar "xxxx" MMC-yə ödənilməlidir. İcra sənədi xx.xx.2018-ci il tarixdə Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Hazırda icra sənədi üzrə bor 2378.82 ABŞ dolları məbləğində pul və 20 manat dövlət rüsumu təşkil edir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə müvafiq təşkilatlara sorğular göndərilmişdir. Elektron İcra İnformasiya sistemindən çıxarışa əsasən müəyyən olunmuşdur ki, Borclu adına “VAZ 21013” minik markalı, 05-BA -305 dövlət qeydiyyat nişanlı və “MERCEDES BENZ E 200” minik markalı, **-NH-*** dövlət qeydiyyat nişanlı avtomobilləri vardır. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Məhkəmə iclasında Şəmkir Rayon İcra və Probasiya Xidmətinin icra məmuru Xəyal Verdiyev təqdimatda göstərilənlərlə eyni məzmunlu izahat verərək təqdimatın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Borclu izahatında bildirdi ki, təqdimatda qeyd edilən “VAZ 21013” minik markalı **-BA-*** dövlət qeydiyyat nişanlı nömrəli avtomobil işi ilə əlaqədar ona lazım olduğunu və təkcə “MERCEDES BENZ E 200” minik markalı, **-NH-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə tələbkara lazımi qaydada məlumat verilməsinə baxmayaraq tələbkar "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə AR MPM-in 231.2-ci maddəsinə əsasən işə tələbkarın iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı və işə əlavə olunmş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, borcluya bildiriş və xəbərdarlıq göndərilməyinə baxmayaraq, o borclu olduğu məbləği ödəməmişdir. Təqdimata əlavə edilmiş şəxsin kartoçkasının əmlak məlumatları qrafasından görünür ki, Borclu adına “VAZ 21013” minik markalı, 05-BA -305 dövlət qeydiyyat nişanlı və “MERCEDES BENZ E 200” minik markalı, 10- NH-499 dövlət qeydiyyat nişanlı avtomobillər qeydiyyata alınmışdır. Azərbayca Respublikası MPM-in 236-cı maddəsinə əsasən məhkəmə qətnamənin icrasını bu Məcəllənin 13-cü fəslinə müəyyən olunmuş qaydada təmin edə bilər. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 50.2-ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Həmçinin, icra sənədi ilə müəyyən olunur ki, borcludan cəmi 2378.82 ABŞ dolları məbləğində pul və 20 manat dövlət rüsumunun alınması qət edilmişdir ki, icra məmuru həmin borcun ödənilməsi üçün borcluya məxsus iki ədəd avtomobilin üzərinə həbs qoyulmasını məhkəmədən xahiş etmiş, həmin hal isə borcun məbləği ilə uzlaşmır. Odur ki, məhkəmə hesab edir ki, Borclu məxsus “MERCEDES BENZ E 200” minik markalı, **-NH-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərinə həbs qoyulmalıdır. Azərbaycan Respublikası MPM-in 231, 263-269 – cu maddələrini və “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqdimat qismən təmin edilsin. Borclu məxsus “MERCEDES BENZ E 200” minik markalı, 10- NH-499 dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Təqdimat qalan hissədə təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №8(076)-165/2023
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №8(076)-165/2023
14.03.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver