Məhkəmə qərarları › İş №8(076)-166/2025

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №8(076)-166/2025

10.03.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 8(076)-166/2025 10.03.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X2 Mirzağa oğlunun sədrliyi Quluyeva Zərnişan Firdovsi qızının katibliyi ilə Şəmkir rayon İcra və Probasiya Şöbəsinin borclunun məcburi gətirilməsi haqqında təqdimatına məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(076)-2488/2022 saylı icra sənədinə əsasən Borclu Emil adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 180 manat sabit pul məbləğində alimentin tutulub Tələbkar verilməsi qət edilmişdir. Məhkəmənin həmin qətnaməsi qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Məhkəmə qətnaməsini icra edən Şəmkir rayon İcra və Probasiya Şöbəsi təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, Borclu dəfələrlə rəsmi xəbərdarlıqlar və çağırış vərəqəsi göndərilməsinə baxmayaraq, o, icra sənədində göstərilən tələbləri yerinə yetirmir, habelə icra məmurunun çağırışı ilə icra şöbəsinə gəlməkdən üzürsüz səbəbdən boyun qaçırır. Odur ki, icra şöbəsi Borclu Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi haqda qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şəmkir rayon İcra və Probasiya Şöbəsinə, tələbkara və borcluya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən işə icra məmurunun, tələbkarın və borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, təqdimatın dəlillərinə, işdə olan sənədlərə və digər iş materiallarına əsasən hesab edir ki, təqdimat geri qaytarılmalıdır. Belə ki, təqdimata əlavə olunmuş sənədlərdən görünür ki Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(076)-2488/2022 saylı icra sənədinə əsasən Borclu Emil adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 180 manat sabit pul məbləğində alimentin tutulub Tələbkar verilməsi qət edilmişdir. İcra sənədi üzrə Borclu Gədəbəy rayonu, Plankənd kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. Təqdimata əlavə edilmiş icra vərəqəsində borclunun faktiki yaşayış ünvanının Şəmkir şəhəri olması göstərilsə də, həmin ünvana göndərilmiş məhkəmə bildirişi geri qaytarılmışdır. Belə olan halda borclunun faktiki olaraq Şəmkir şəhərində yaşayış yerinin olması iş materialları ilə müəyyən edilməmişdir. Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsinə əsasən borclu fiziki şəxsdirsə, icra hərəkətləri onun yaşadığı yerdə yaxud onun iş yerində və ya onun əmlakının olduğu yerdə həyata keçirilir. Odur ki, məhkəmə hesab edir ki, Borclu Şəmkir şəhərində faktiki olaraq yaşaması müəyyən edilmədiyindən, eləcə də borclu Gədəbəy rayonu, Plankənd kəndində yaşayış yeri üzrə qeydiyyatda olduğundan, onun məcburi gətirilməsinə dair Şəmkir rayon İcra və Probasiya Şöbəsinin təqdimatına Şəmkir Rayon Məhkəməsində baxılması əsaslı hesab edilə bilməz və təqdimat icra orqanına geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM–in 231 və 263–269–cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Borclu məcburi gətirilməsinə dair Şəmkir rayon İcra və Probasiya Şöbəsinin təqdimatı geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. X3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar