Məhkəmə qərarları › İş №8(076)-169/2025

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №8(076)-169/2025

28.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 8(076)-169/2025 28.02.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızı Şəmkir Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(076)-2032/2020 saylı icra sənədi üzrə Tələbkar icra sənədinin təkrar icraya yönəldilməsi barədə ərizəsini məhkəmə iclasında nəzərdən keçirərək MÜƏYYƏN ETDİ : Şəmkir Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(076)-2032/2020 nömrəli qətnaməsinə əsasən Tələbkar alimentlə bağlı icra vərəqəsini yenidən Cavabdehin yaşadığı Samux rayon “ İcra və Probasiya şöbəsinə” qaytarılması üçün aidiyyatı üzrə göstəriş verilməsini məhkəmədən xahiş etmişdir. Ərizənin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, ərizə qanunvericilikdə nəzərdə tutulmuş zəruri tələblərə əməl edilmədən məhkəməyə verilmişdir, tələbkar əvvəllərdə məhkəməyə eyni tələblə müraciət etmiş,lakin iddianı əsaslandıran hallara dair sənədləri tam təqdim etmədiyi üçün tələbkarın ərizəsi geri qaytarılmışdır. Belə ki, ərizəçi Şəmkir Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(076)-2032/2020 nömrəli qətnaməsinə əsasən icra vərəqəsini aidiyyatı üzrə qaytarılması barədə göstəriş verilməsini xahiş etsə də, ərizəsinə qətnamənin hansı sənəd üzrə icrasına xitam verilməsinə dair hər hansı bir sənəd əlavə etməmişdir. Azərbaycan Respublikası MPM-in 150.0.5-ci maddəsində iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilməli sənədlərin siyahısında iddianı əsaslandıran hallara dair sənədlərin təqdim edilməli olması da nəzərdə tutulmuşdur. Məhkəmə bu baxımdan belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası MPM-in 149.2.3-cü maddəsinin tələbləri pozulmuşdur. Belə olan halda məhkəmə icra sənədinin hansı əsaslarla məhkəməyə qaytarılmasını, eyni zamanda icra sənədinin təkrar icraya yönəldilməsi üçün əsasların mövcud olubolmamasını dəqiq müəyyən edə bilməmişdir. Bu da məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, ərizə tələbkara geri qaytarılmalı, ərizəçiyə qeyd olunan nöqsanları aradan qaldıraraq, icra sənədi üzrə Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin müvafiq qərarından məhkəməyə şikayət etmək hüququnun olması izah edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ : Şəmkir Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(076)-2032/2020 nömrəli qətnaməsi və alimentlə bağlı icra vərəqəsinin Samux rayon İcra və Probasiya bölməsinə qaytarılmasına dair təqdim etdiyi ərizə Tələbkar geri qaytarılsın. Tələbkara izah edilsin ki, qeyd olunan nöqsanları aradan qaldıraraq, icra sənədi üzrə Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin müvafiq qərarından məhkəməyə şikayət etmək hüququna malikdir. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nazlı Heydərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar