Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 8(076)-173/2024 08.04.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, Vəlizadə Rövşən Nazim oğlunun katibliyi ilə, Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Ayaz Hüseynov borclunun məcburi gətirilməsi haqqında təqdimatına məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Ayaz Hüseynov borclunun məcburi gətirilməsi barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Şəmkir Rayon 1 saylı Dövlət Notariat Kontorunun 5004 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu 5500 manat borc və 25 manat dövlət rüsumu tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2024-cü il tarixdə icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər borclunun icra sənədində göstərilən ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq İcra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Lakin borclu bu günədək icra sənədi üzrə tələbi təmin etməmişdir. xx.xx.2024-cü il tarixdə tərəflərindən qərar qəbul edilərək Borclu ünvanına göndərilmiş və həmin qərardan şikayət verilməmişdir. Odur ki, Borclu Şəmkir rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi barədə təqdimatın təmin olunmasına dair qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Şəmkir rayon İcra və Probasiya Şöbəsinə, Borclu və Tələbkar məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq icra məmuru, tələbkar və borclu üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən işə icra məmurunun, tələbkarın və borclunun iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Мəhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, təqdimata əlavə olunmuş Şəmkir Rayon 1 saylı Dövlət Notariat Kontorunun 5004 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu, Şəmkir rayonu 1 saylı notariat ofisində təsdiq olunmuş, xx.xx.2021-ci il tarixli, 3M- 582 saylı müqaviləyə əsasən müddət üçün vaxtına ğdənilməmiş 5500 manat 00 qəpik və ödənilmiş 25 manat 00 qəpik məbləğində dövlət rüsumunun Borclu tutulması qeyd edilmişdir. Təqdimata əlavə olunmuş borclunun məcburi gətirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, icra məmuru Ayaz Hüseynov tərəfindən Borclu məcburi gətirilməsi barədə qərar qəbul edilmişdir. Beləliklə, borcluya tələbin könüllü icrası haqqında bildiriş və müvafiq xəbərdarlıq göndərilməsinə baxmayaraq, o, icra şöbəsinə gəlməkdən yayınmışdır. «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Odur ki, məhkəmə hesab edir ki, Borclu Şəmkir rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməlidir. Azərbaycan Respublikası MPM–in 231, 263–269–cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəmkir rayon İcra və Probasiya Şöbəsinin təqdimatı təmin edilsin. Şəmkir rayonu, Əliyaqublu kəndində yaşayan Borclu Şəmkir rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilsin. Qərardadın icrası Şəmkir rayon Polis Şöbəsinə tapşırılsın. Qərardaddan 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməısinə şikayət verilə bilər. Hakim Şəfəq Məmmədova
Məhkəmə qərarları › İş №8(076)-173/2024
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №8(076)-173/2024
08.04.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver