Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 8(076)-18/2025 21.01.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin rəisi X1, Tələbkar, Borclu iştirakları ilə, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(076)-2625/2021 saylı icra sənədi üzrə Borclu “Məcburi gətirilməsinə dair” Şəmkir rayon İcra və Probasiya Şöbəsinin təqdimatına açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(076)-2625/2021 saylı icra sənədinə əsasən borclular Borclu və X2 müştərək qaydada 3000 (üç min) manat pul, hüquqi yardıma görə ödənilmiş 530 (beş yüz otuz) manat xidmət haqqı və ödənilmiş 30 manat dövlət rüsumu alınıb Tələbkar verilməsi qət edilmişdir. Məhkəmənin həmin qətnaməsi qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Məhkəmə qətnaməsini icra edən Şəmkir rayon İcra və Probasiya Şöbəsi təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, Borclu dəfələrlə rəsmi xəbərdarlıqlar və çağırış vərəqəsi göndərilməsinə baxmayaraq, o, icra sənədində göstərilən tələbləri yerinə yetirmir, habelə icra məmurunun çağırışı ilə icra şöbəsinə gəlməkdən üzürsüz səbəbdən boyun qaçırır. Odur ki, icra şöbəsi Borclu Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi haqda qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin rəisi X3 izahatında bildirdi ki, Borclu tələbkara olan borcunu tam şəkildə ödəmişdir. Odur ki, təqdimatla bağlı məslənin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirir. Tələbkar izahatında bildirdi ki, Borclu ona olan borcunu tam şəkildə ödəmişdir. İcra məmurunun təqdimatının təmin edilməsi zərurəti yoxdur və təqdimatın rədd edilməsini xahiş etdi. İş üzrə Borclu izahatında bildirdi ki, İcra məmuru tərəfindən ona heç bir məlumat və xəbərdarlıq göndərilməmişdir. Məhkəmənin bildirişini aldıqdan sonra dərhal gəlmişdir. Hazırda icra məmurunun təqdimatının təmin edilməsi zərurəti yoxdur və rədd edilməsini xahiş etdi. Məhkəmə, təqdimatın dəlillərinə, işdə olan sənədlərə və digər iş materiallarına əsasən hesab edir ki, təqdimat təmin edilməməlidir. Belə ki, təqdimata əlavə olunmuş sənədlərdən görünür ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(076)-2625/2021 saylı icra sənədinə əsasən borclular Borclu və X2 müştərək qaydada 3000 (üç min) manat pul, hüquqi yardıma görə ödənilmiş 530 (beş yüz otuz) manat xidmət haqqı və ödənilmiş 30 manat dövlət rüsumu alınıb Tələbkar qət edilmişdir. Məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, Orucov X5 Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(076)-2625/2021 saylı icra sənədi üzrə özü könüllü şəkildə hazırki məhkəmə iclasına və Şəmkir Rayon İcra və Probasiya şöbəsinə gəlmişdir. Bununla da borclunun məcburi gətirilməsinə zərurət aradan qalxmışdır. Həmçinin borclu icra sənədi üzrə tələbkara olan borcunu tam şəkildə ödəmişdir. Beləliklə, iş materialları ilə müəyyən edilir ki, borclu X4 məcburi gətirilməsi kimi məcburi icra tədbirinin tətbiqinə əsas ola biləcək hallar mövcud deyildir. Bu baxımdan Borclu məcburi gətirilməsi kimi məcburi icra tədbirinin tətbiqinə zərurət olmadığı müəyyən olunur. Odur ki, məhkəmə hesab edir ki, borclunun məcburi gətirilməsinə zərurət aradan qalxdığından, bununla bağlı icra məmurunun təqdimatı təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPN-nin 263, 264 və 266-268-ci maddələrini və «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun 84-1-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(076)-2625/2021 saylı icra sənədinin icrası ilə əlaqədar Borclu məcburi gətirilməsinə zərurət aradan qalxdığından Şəmkir rayon İcra və Probasiya Şöbəsinin təqdimatı təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Taleh Musayev
Məhkəmə qərarları › İş №8(076)-18/2025
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №8(076)-18/2025
21.01.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver