Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 8(076)-186/2024 02.04.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Nəcəfli Rizvan Ramazan oğlunun katibliyi ilə, Tələbkar iştirakları ilə, Şəmkir Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş “borclunun əmlakı üzərinə həbs qoyulması barədə” təqdimata açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Zaur Aslanov təqdimatla məhkəməyə müraciət edərək Borclu adına Şəmkir rayon, Zəyəm-Cırdaxan kəndində yerləşən 0.0159 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin üzərinə həbs qoyulmasını xahiş etmişdir. Şəmkir Rayon İcra və Probasiya Şöbəsi borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)-2649/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu cəmi 285000 rusiya rubl, 500 manat məbləğində pulu və 74 manat dövlət rüsum alınıb Tələbkar ödənilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixdə Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə müvafiq təşkilatlara sorğular göndərilmişdir. Belə ki, “Elektron icra” informasiya sistemindən çıxarışa əsasən müəyyən olunmuşdur ki, Borclu adına “Şəmkir rayon, Zəyəm- Cırdaxan kəndində yerləşən 0.0159 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi vardır. İcra sənədinin icrasını təmin etmək məqsədilə məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Məhkəmə iclasında iştirak edən iş üzrə Tələbkar bildirdi ki, artıq icra vərəqəsinin verilməsinə baxmayaraq borclu hələ də ona olan borcundan heç bir ödəniş etməmişdir və o, icra sənədinin icrasından boyun qaçırır. Buna görə də təqdimatın təmin edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri bardə lazımı qaydada məlumat verilməsinə baxmayaraq borclu və icra məmuru üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə AR MPM-in 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatın dəlillərinə, işdə olan səndələri və digər iş materiallarına əsasən hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, təqdimata əlavə olunmuş Şəmkir Rayon Məhkəməsinin 2(076)-2649/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu 285000 (iki yüz səksən beş min) rus rublu (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etfiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) borc pul və məhkəmə xərci olaraq 74 (yetmiş dörd) manat dövlət rüsumu və 500 (beş yüz) manat vəkilə ödənilmiş vəsait tutularaq Tələbkar ödənilməlidir. Təqdimata əlavə olunmuş Şəmkir Rayon İcra və Probasiya Şöbəsi tərəfindən borclu X1 ünvanlanmış xx.xx.2023-cü il tarixli, 300846/2023 №-li “tələbin könüllü icrası haqqında” bildirişindən görünür ki, borcluya icra sənədində göstərilən tələbi 10 gün ərzində könüllü icra etməyi təklif edilmiş, əks təqdirdə tələbin məcburi icra ediləcəyi bildirilmişdir. Beləliklə təqdimatdan və ona əlavə edilmiş sənədlərdən müəyyən olunmuşdur ki, Borclu sözügedən icra sənədi üzrə Şəmkir rayon İcra və Probasiya Şöbəsinin “tələbin könüllü icrası haqqında” bildirişində göstərilən tələbi üzrlü səbəb olmadan icra etməmiş və ona edilmiş xəbərdarlığa məhəl qoymadan icra sənədində göstərilən tələbi yerinə yetirməkdən boyun qaçırmışdır. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 44.1.3-cü maddəsinə əsasən könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərin tətbiqinin əsası ola bilər. Həmin qanunun 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiridir. Məhkəmə iş materiallarını nəzərdən keçirirək hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməli və Borclu məxsus olan “Şəmkir rayon, Zəyəm-Cırdaxan kəndində yerləşən 0.0159 ha kənd təsərrüfat təyinatlı torpaq üzərinə həbs qoyulmalıdır. Azərbaycan Respublikası MPM-nin 263-269-cu maddələrini, “İcra Haqqında” Azərbaycan Respublikasl Qanununun 43.1.1 və 44.1.3-cü maddələrini və “Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsini rəhbər tutaraq QƏRARA ALDİ : Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin təqdimatı təmin edilsin. Borclu məxsus olan Şəmkir rayon, Zəyəm-Cırdaxan kəndində (Cavanşir küçəsi) yerləşən ümumi sahəsi 0.0159 ha olan həyətyanı (yaşayış məntəqələrinin torpaqları) təyinatlı torpaq sahəsinin üzərinə həbs qoyulsun. Qərardaddan 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №8(076)-186/2024
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №8(076)-186/2024
02.04.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver