Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 8(076)-188/2025 19.03.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1 iştirakı ilə Şəmkir Rayon İcra şöbəsinin icra məmuru X2 tərəfindən Şəmkir Rayon Məhkəməsinin 2(076)-717/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə Borclu əmlakı üzərinə həbs qoyulmasına dair verilmiş təqdimata açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Zaur Aslanov təqdimatla məhkəməyə müraciət edərək, Şəmkir Rayon Məhkəməsi tərəfindən verilmiş 2(076)- 717/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu məxsus olan İPHONE X markalı mobil telefonun üzərinə həbs qoyularaq, tələbin ona yönəldilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Şəmkir Rayon Məhkəməsininin 2(076)- 717/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Borclu 627.14 manat pul və 30.40 manat dövlət rüsumu alınaraq Tələbkar MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədi Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraata yönəldilmişdir. İcra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş və bildirişlə birlikdə borclunun icra sənədində qeyd edilən ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədi ilə müvafiq təşkilatlara sorğular göndərilmişdir. Hazırda Borclu məxsus olan İPHONE X markalı mobil telefonu vardır. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə göstərilən əmlaka həbs qoyulması məqsədə müvafiqdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, tərəflər və icra məmuru məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə olunmş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə əsasən, icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Qanunvericilik icra icraatı zamanı borclunun əmlakı üzərinə həbsin qoyulmasını bir sıra şərtlərin mövcudluğundan asılı etmişdir. Belə ki, qanunvericiliyin mənasına görə əmlak üzərinə həbsin qoyulması məhkəmə aktının icrasının təmin edilməsinə yönəlmiş məcburi icra tədbiri kimi nəzərdə tutulmuşdur, ona görə də icra məmuru bununla bağlı təqdimat verərkən “İcra haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş digər imkanlardan istifadə olunduğuna dair sübutlar təqdim edərək məhkəmə aktının icrasının mümkünsüzlüyünü əsaslandırmalıdır. Həmin imkanların olmadığı və ya tükəndiyi halda isə borclunun əmlakı üzərinə həbsin qoyulması barədə əsaslandırılmış təqdimatla məhkəməyə müraciət edilə bilər. Məhz bu səbəbdən “İcra haqqında” Azərbaycan Respublikası Qanununda icra məmurunun təqdimatının əsaslandırılmış olmalı olduğu nəzərdə tutulmuşdur. Hazırkı təqdimat isə yuxarıda göstərilən məzmunda əsaslandırılmamışdır. Belə olan vəziyyətdə məhkəmə hesab edir ki, təqdimat hazırki vəziyyətdə təmin edilə bilməz. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263 və 264cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəmkir Rayon Məhkəməsi tərəfindən verilmiş 2(076)-717/2020 saylı, xx.xx.2020ci il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu məxsus olan “İPHONE X” markalı mobil telefonun üzərinə həbs qoyulması barədə icra məmuru tərəfindən verilmiş təqdimat təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nazlı Heydərova
Məhkəmə qərarları › İş №8(076)-188/2025
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №8(076)-188/2025
19.03.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver