Məhkəmə qərarları › İş №8(076)-194/2025

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №8(076)-194/2025

01.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 8(076)-194/2025 01.04.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızının sədrliyi Heydərov Cəmil Elxan oğlunun katibliyi, Şəmkir rayon İcra və Probasiya Şöbəsinin borclunun əmlakı üzərinə qoyulmuş həbsin götürülməsi haqqında təqdimatına məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Şəmkir rayon İcra və Probasiya Şöbəsi borclunun əmlakı üzərinə qoyulmuş həbsin götürülməsi haqqında təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-2(115)-476/2021 saylı icra sənədinə əsasən Borclu 75342.80 manat və 30 manat dövlət rüsumu alınıb iddiaçı Tələbkarnə verilməsi qət edilmiş, həmin qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Şəmkir rayon İcra və Probasiya Şöbəsi Borclu tələbin təmin edilməsi üçün yetərli pul vəsaitinin olmadığını göstərib, ona məxsus olan, «QAZ 33021» markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə məhkəməyə təqdimat vermiş və Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022–ci il tarixli 8(076)-363/2022 saylı qərardadı ilə həmin təqdimat təmin edilərək Borclu məxsus «QAZ 33021» markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Hazırda Şəmkir rayon İcra və Probasiya Şöbəsi məhkəməyə borclunun əmlakının həbsdən azad edilməsi barədə təqdimat verərək göstərmişdir ki, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-2(115)-476/2021 saylı icra sənədinin icrası ilə bağlı zərurət aradan qalxmışdır. İş üzrə tələbkara, Şəmkir rayon İcra və Probasiya Şöbəsinə və borcluya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən işə borclunun, Şəmkir rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsinin və tələbkarın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan icraata xitam verilməsi haqqında qərarın surətindən görünür ki, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-2(115)-476/2021 saylı icra sənədinin icrası ilə bağlı zərurət aradan qalxdığından və borclu tərəfindən tam təmin edildiyindən həmin icra sənədinə xitam verilmişdir. İcra Haqqında Azərbaycan Respublikası Qanunun 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Odur ki məhkəmə hesab edir ki, Borclu məxsus «QAZ 33021» markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasına əsas olmuş hallar artıq mövcud olmadığından həmin avtomobil həbsdən azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 266cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin təqdimatı təmin edilsin. Borclu məxsus «QAZ 33021» markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobil həbsdən azad edilsin. Qərardadın icrası Şəmkir rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hakim: Nazlı Heydərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar