Məhkəmə qərarları › İş №8(076)-198/2023

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №8(076)-198/2023

28.03.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 8(076)-198/2023 28.03.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, Şərifova Səbinə Səvayuş qızının katibliyi, Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4, Tələbkar "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X3 iştirakları ilə, Şəmkir rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(076)-2095/2014 saylı icra sənədi üzrə Borclu “Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair” Şəmkir rayon İcra və Probasiya Şöbəsinin təqdimatına açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəmkir rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(076)-2095/2014 saylı icra sənədində xx.xx.1965-ci ildə Şəmkir rayonunda doğulmuş, Şəmkir rayonunun Muxtariyyat kəndində yaşayan borclu X2, xx.xx.1989-cu ildə Şəmkir rayonunun Muxtariyyat kəndində doğulmuş, Şəmkir rayonunun Muxtariyyat kəndində yaşayan Borclu və xx.xx.1971-ci ildə Şəmkir rayonunda doğulmuş, Şəmkir rayonunun Muxtariyyat kəndində yaşayan borclu X1 müştərək qaydada cəmi 1066 (bir min altmış altı) manat məbləğində borcun və 20 (iyirmi) manat dövlət rüsumunun tutularaq kreditor "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatına ödənilməsi göstərilmişdir. Şəmkir rayon İcra və Probasiya Şöbəsi təqdimatla məhkəməyə müraciət edərək, Borclu icra sənədi üzrə hal-hazırda tələbkara borcu 1086 manat məbləğində təşkil etdiyini, iş üzrə Borclu könüllü icra üçün müəyyən olunmuş vaxtda tələbin icrası ilə bağlı bildiriş göndərilməsinə, dəfələrlə rəsmi xəbərdarlıqlar edilməsinə baxmayaraq, icra sənədi üzrə öhdəliyi yerinə yetirmədiyini, “Elektron icra” informasiya sistemindən vətəndaşlar haqqında məlumat portalından” çıxarışa əsasən Borclu ölkəni mütəmadi olaraq tərk etdiyinin müəyyən edildiyini, icra sənədini icra etmək məqsədilə Borclu adına sorğular verildiyini və borclunun adına daşınar və daşınmaz əmlak, eləcə də bank və kredit təşkilatlarında heç bir pul və qiymətli əşyalar aşkar olunmadığını göstərərək, xx.xx.1989-cu ildə Şəmkir rayonu, Qədimqala kəndində anadan olmuş və Şəmkir rayonu, Qədimqala kəndində qeydiyyatda olan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması xahiş edilmişdir. Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 məhkəmə iclasında göstərmişdir ki, Borclu məhkəmə sənədini icra etməkdən qərəzli olaraq boyun qaçırmış, ona görə hazırki təqdimatla məhkəməyə müraciət etmişdir. Məhkəmədən təqdimatın təmin edilməsini xahiş etmişdir. Tələbkar "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X5 məhkəmə iclasında göstərmişdir ki, Borclu borcunu ödəməkdən qərəzli olaraq yayınır. Borclu Banka olan borcu tələb edir. Odur ki, məhkəmədən təqdimatın təmin edilməsini xahiş etmişdir. Borclu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən işə borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə izahatları dinləyib, təqdimatın dəlillərinə, işdə olan sənədlərə və digər iş materiallarına əsasən hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, təqdimata əlavə olunmuş Şəmkir rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(076)-2095/2014 saylı məhkəmə əmrinin surətindən görünür ki, xx.xx.1965-ci ildə Şəmkir rayonunda doğulmuş, Şəmkir rayonunun Muxtariyyat kəndində yaşayan borclu X2, xx.xx.1989-cu ildə Şəmkir rayonunun Muxtariyyat kəndində doğulmuş, Şəmkir rayonunun Muxtariyyat kəndində yaşayan Borclu və xx.xx.1971-ci ildə Şəmkir rayonunda doğulmuş, Şəmkir rayonunun Muxtariyyat kəndində yaşayan borclu X1 müştərək qaydada cəmi 1066 (bir min altmış altı) manat məbləğində borcun və 20 (iyirmi) manat dövlət rüsumunun tutularaq kreditor "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatına ödənilməsi əmr edilmişdir. Təqdimata əlavə olunmuş Şəmkir rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2014-cü il tarixli qərarından görünür ki, Şəmkir rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(076)- 2095/2014 saylı icra sənədi icraata qəbul edilmiş və icraya yönəldilmişdir. Borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilməsinə, habelə müvafiq xəbərdarlıq edilməsinə baxmayaraq, o, icra sənədinin icrasından yayınaraq icradan boyun qaçırmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsində göstərilmişdir ki, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Ona görə də məhkəmə hesab edir ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair icra məmurunun təqdimatı əsaslıdır və təmin edilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 263, 264 və 266-268ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara alır: Təqdimat təmin edilsin. Şəmkir rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(076)-2095/2014 saylı icra sənədi üzrə borclu xx.xx.1989-cu il tarixdə Şəmkir rayonu, Muxtariyyat (Qədimqala) kəndində anadan olmuş və Şəmkir rayonu, Muxtariyyat (Qədimqala) kəndində qeydiyyatda olan Borclu Azərbaycan Respublikasından getmək hüququ tələbkara olan borcunu ödəyənədək müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəfəq Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar