Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 8(076)-199/2024 17.04.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi ilə, Tələbkar ASC-nin nümayəndəsi X2 və Borclu iştirakları ilə, Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-873/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə “daşınar (avtomobil) əmlak üzərinə həbs qoyulması” barədə Şəmkir rayon İcra və Probasiya şöbəsinin icra məmuru Zaur Aslanovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Şəmkir rayon İcra və Probasiya şöbəsinin icra məmuru Zaur Aslanov təqdimatla məhkəməyə müraciət edərək, icra sənədi üzrə Borclu mülkiyyətində olan “VAZ 2121” minik markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)- 873/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclular Borclu, X1, X4 15464.03 manat məbləğində pul vəsaiti və 136.39 manat dövlət rüsumu tutularaq Tələbkar ASC-in xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2024-cü il tarixdə Şəmkir Rayon İcra və Porbasiya şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq surəti bildirişlə bərabər icra sənədi üzrə borclular Borclu, X1, X5 icra sənədində qeyd olunan ünvanlarına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsilə sorğular edilmişdir. Əldə olunmuş sorğu məlumatına əsasən borcluya məxsus “VAZ 2121” minik markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobil müəyyən edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə hesab edilir ki, məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Tələbkar ASC-nin nümayəndəsi Şahin Abbasov təqdimatın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Borclu təqdimatın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İcra məmuru təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin icra məmuru məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən məhkəmə təqdimata icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və təqdimata əlavə edilmiş sənədləri nəzərdə keçirərək, hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, təqdimata əlavə olunmuş Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)- 873/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclular Borclu, X1, X4 15464.03 manat məbləğində pul vəsaiti və 136.39 manat dövlət rüsumu tutularaq Tələbkar ASC-in xeyrinə ödənilməsi qət edilmişdir. Təqdimata əlavə edilmiş “tələbin könüllü icrası haqqında” bildirişin surətindən görünür ki, xx.xx.2024-cü il tarixli qərarla icraata başlanılan Gəncə Kommersiya Məhkəməsinin e-2- 2(115)-873/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra edilməsi barədə bildirişi Borclu xx.xx.2024-cü il tarixdə təqdim edilmiş və öz imzası ilə təsdiq etmişdir. Təqdimata əlavə olunmuş “Elektron icra” informasiya sistemindən çıxarışından görünür ki, “VAZ 2121” minik markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobil Borclu məxsusdur. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlakın üzərində həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Hazırki işin hallarından görünür ki, iş üzrə borclu fiziki şəxsdir, yerinə yetirilməli olan icra hərəkəti isə tələbkarın xeyrinə pul tutulmasından ibarətdir. Təqdimatdan və ona əlavə edilmiş sənədlərdən icra məmuru tərəfindən icra sənədinin icrası ilə bağlı bütün zəruri hərəkətlərin edildiyi qənaətinə gəlmişdir. Borclu şəxsin adına pul vəsaitlərinin olmaması müəyyən olunmuşdur. “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, “VAZ 2121” minik markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobil Borclu məxsusdur. Göstərilənlərə və qanunvericiliyin qeyd olunan tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, təqdimat əsaslı olduğundan Borclu məxsus “VAZ 2121” minik markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263- 264, 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Təqdimat təmin edilsin. Borclu məxsus “VAZ 2121” minik markalı ** BE *** qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Qərardaddan 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Şəfəq Məmmədova
Məhkəmə qərarları › İş №8(076)-199/2024
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №8(076)-199/2024
17.04.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver