Məhkəmə qərarları › İş №8(076)-2/2025

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №8(076)-2/2025

07.01.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 8(076)-2/2025 07.01.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi Borclu: Borclu iştirakı ilə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-427/2023 saylı icra sənədi üzrə Borclu “Məcburi gətirilməsinə dair” Şəmkir rayon İcra və Probasiya Şöbəsinin təqdimatına açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-427/2023 saylı icra sənədinə əsasən Borclu xx.xx.2015-ci il tarixdə doğulmuş Çinarə və xx.xx.2018-ci tarixdə doğulmuş Nuranə adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq iki uşaq üçün 240 manat sabit pul məbləğində aliment alınıb Tələbkar verilməsi qət edilmişdir. Məhkəmənin həmin qətnaməsi qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Məhkəmə qətnaməsini icra edən Şəmkir rayon İcra və Probasiya Şöbəsi təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, Borclu dəfələrlə rəsmi xəbərdarlıqlar və çağırış vərəqəsi göndərilməsinə baxmayaraq, o, icra sənədində göstərilən tələbləri yerinə yetirmir, habelə icra məmurunun çağırışı ilə icra şöbəsinə gəlməkdən üzürsüz səbəbdən boyun qaçırır. Odur ki, icra şöbəsi Borclu Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi haqda qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə Borclu izahatında bildirdi ki, İcra məmuru tərəfindən ona heç bir məlumat və xəbərdarlıq göndərilməmişdir. Məhkəmənin bildirişini aldıqdan sonra dərhal gəlmişdir. Hazırda icra məmurunun təqdimatının təmin edilməsi zərurəti yoxdur və rədd edilməsini xahiş etdi. İş üzrə icra məmuruna və tələbkara məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən işə tələbkarın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, təqdimatın dəlillərinə, işdə olan sənədlərə və digər iş materiallarına əsasən hesab edir ki, təqdimat təmin edilməməlidir. Belə ki, təqdimata əlavə olunmuş sənədlərdən görünür ki Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-427/2023 saylı icra sənədinə əsasən Borclu xx.xx.2015-ci il tarixdə doğulmuş Çinarə və xx.xx.2018-ci tarixdə doğulmuş Nuranə adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq iki uşaq üçün 240 manat sabit pul məbləğində aliment alınıb Tələbkar verilməsi qət edilmişdir. Məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, Borclu Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-427/2023 saylı icra sənədi üzrə özü könüllü şəkildə hazırki məhkəmə iclasına və Şəmkir Rayon İcra və Probasiya şöbəsinə gəlmişdir. Bununla da borclunun məcburi gətirilməsinə zərurət aradan qalxmışdır. Beləliklə, iş materialları ilə müəyyən edilir ki, Borclu məcburi gətirilməsi kimi məcburi icra tədbirinin tətbiqinə əsas ola biləcək hallar mövcud deyildir. Bu baxımdan Borclu məcburi gətirilməsi kimi məcburi icra tədbirinin tətbiqinə zərurət olmadığı müəyyən olunur. Odur ki, məhkəmə hesab edir ki, borclunun məcburi gətirilməsinə zərurət aradan qalxdığından, bununla bağlı icra məmurunun təqdimatı təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPN-nin 263, 264 və 266-268-ci maddələrini və «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun 84-1-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-427/2023 saylı icra sənədinin icrası ilə əlaqədar Borclu məcburi gətirilməsinə zərurət aradan qalxdığından Şəmkir rayon İcra və Probasiya Şöbəsinin təqdimatı təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar