Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 8(076)-211/2025 18.04.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər oğlunun sədrliyi Məhkəmə iclasının katibi X6 iştirakı ilə Şəmkir Rayon İcra şöbəsinin icra məmuru X9 tərəfindən Şəmkir Rayon Məhkəməsinin e-2(076)-3296/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair verilmiş təqdimata açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru 1-ci dərəcəli ədliyyə qulluqçusu X9 təqdimatla məhkəməyə müraciət edərək, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Şəmkir Rayon Məhkəməsinin, e-2(076)- 3296/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən borclular Borclu və X1 müştərək qaydada 13031.31 manat məbləğində pul vəsaiti və 140.4 manat dövlət rüsumu tutularaq Tələbkar QSC-yə ödənilməlidir. Qeyd olunan icra sənədi xx.xx.2025-ci il tarixində Şəmkir rayon İcra və probasiya şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdirlər. İcraata başlamaq haqqında qərar qəbul edilrək, qərarın surəti bildirşlə icra sənədi üzrə Borclu göndərilmiş icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmiş və borclunun adına daşınar və daşınmaz əmlak, eləcə də bank və kredit təşkilatlarında heç bir pul və qiymətli əşyalar aşkar olunmamışdır.Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Hazırda icra sənədi üzrə borcu 13171.74 manat təşkil edir. İcra sənədinin icrasını təmin etmək məqsədilə,borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Göstərilənlərə əsasən Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Borclu məhkəmə iclası zamanı izahatında bildirdi ki, icra sənədi ona və həyat yoldaşı X4 qarşı yönəlmişdir. Belə ki, həmin icra sənədi üzrə onlar birgəborclulardır. Həyat yoldaşı X2 rəsmi iş yeri var və borc hazırda onun rəsmi iş yerinə yönəlmiş,hər ay 530 manat əmək haqqısında tələbkarın xeyrinə tutulur. Odur ki, borcu ödəməkdən yayınmadıqlarına görə barəsində verilmiş təqdimatın təmin edilməməsini xahiş edir. Şəmkir rayon İcra və probasiya şöbəsi və borclu təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalar da, Şəmkir rayon İcra və probasiya şöbəsinin nümayəndəsi və tələbkar məhkəmə iclasına gəlməmişdir. Onların məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı, ona əlavə edilmiş sənədləri və 2099/2025-13 saylı icra işini nəzərdən keçirərək hesab edir ki, təqdimat əsaslı olmadığından təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının 2013-cü il 22 aprel tarixli, 2-N nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında Təlimat”ın (xx.xx.2013-cü il tarixdə Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrində **********0002 nömrə ilə qeydiyyata alınmışdır) 2.2.3-cü bəndinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. Təlimatın 2.4-cü bəndinə görə təqdimatda borclunun soyadı, adı, atasının adı, doğulduğu yer və tarix, qeydiyyatda olduğu və yaşadığı ünvan, vətəndaşlığı, icra sənədinin icrası ilə əlaqədar həyata keçirilmiş tədbirlər, həmçinin borclu tərəfindən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi barədə məlumatlar qeyd olunmalıdır. Lakin Şəmkir Rayon İcra şöbəsinin icra məmuru tərəfindən məhkəməyə göndərilmiş təqdimat və ona əlavə edilmiş sənədlərdən görünür ki, icra məmuru tərəfindən yuxarıda qeyd olunan tələblərə əməl olunmamışdır. İş materialına əlavə edilmiş arayışdan görünür ki, X5 həqiqətəndə Şəmkir şəhəri Məhəmmədd Füzuli adına təbiət və humanitar fənlər təmayüllü məktəb-liseydə xx.xx.2014-cü il tarixdən bugünədək ingilis dili müəllimi işləyir. Onun əmək haqqısından 1015-ci ilin yanvar ayından başlayaraq 530 manat miqdarında tutmalar həyata keçirilir. Göründüyü kimi, icra sənədi üzrə borc artıq birgəborcluların birinin əmək haqqısında yönəlmiş və icra sənədi icra edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.1-ci maddəsinə uyğun olaraq məhkəmə mübahisələri Azərbaycan Respublikasının Konstitusiyasına, referendumla qəbul edilən hüquqi aktlara, qanunlara, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına, habelə Azərbaycan Respublikasının tərəfdar olduğu beynəlxalq müqavilələrə əsasən həll edir. Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsinə görə mərkəzi icra hakimiyyəti orqanlarının normativ aktları normativ hüquqi akt hesab olunur. Mülki Prosessual Məcəllənin 231.3-cü maddəsində qeyd edilir ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. Beləliklə, məhkəmə hesab edir ki, Şəmkir Rayon İcra şöbəsinin icra məmuru X3 Rayon Məhkəməsinin, e-2(076)-3296/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatı təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci, 263-cü, 264-cü və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəmkir Rayon İcra şöbəsinin icra məmuru X3 Rayon Məhkəməsinin, e-2(076)- 3296/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatı təmin edilməsin. Qərardaddan, onun surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nazlı Heydərova
Məhkəmə qərarları › İş №8(076)-211/2025
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №8(076)-211/2025
18.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver