Məhkəmə qərarları › İş №8(076)-213/2023

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №8(076)-213/2023

29.03.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 8(076)-213/2023 29.03.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Tanırverdiyev Elnur Mehti oğlunun katibliyi ilə, Şəmkir Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş “borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə” təqdimata açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Xəyal Verdiyev təqdimatla məhkəməyə müraciət edərək, Şəmkir Rayon Məhkəməsinin 2(076)-2127/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)- 2127/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əasən Borclu xx.xx.2018-ci il təvəllüdlü Yusif və xx.xx.2019-cu il təvəllüdlü Bahar adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər bir uşaq üçün 140 manat olmaqla, cəmi 280 manat sabit pul məbləğində aliment alınaraq tələbkar X3 ödənilməlidir. İcra sənədi xx.xx.2020-ci il tarixdə Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuşdur. İcra sənədi üzrə hal-hazırda tələbkara olan borc 1400 manat təşkil edir.”Elektron icra” informasiya sistemindən vətəndaşlar haqqında məlumat portalından çıxarışa əsasən Borclu adına sorğular verilmiş və borclunun adına daşınar və daşınmaz əmlak, eləcə də bank və kredit təşkilatlarında heç bir pul və qiymətli əşyalar, tələbin yönələ biləcəyi əmlak aşkar olunmamışdır. İş üzrə Borclu könüllü icra üçün müəyyən olunmuş vaxtda tələbin icrası ilə bağlı bildiriş göndərilməsinə, dəfələrlə rəsmi xəbərdarlıqlar edilməsinə baxmayaraq, icra səndi üzrə öhdəliyi yerinə yetirməmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası təmin olunmamışdır. İcra sənədinin icrasını təmin etmək məqsədilə, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, icra məmuru, borclu və tələbkar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə AR MPM-in 231.2ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, təqdimatı və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, təqdimata əlavə edilmiş Şəmkir Rayon Məhkəməsi tərəfindən verilmiş 2(076)-2127/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh Borclu xx.xx.2018-ci ildə doğulmuş X2 və xx.xx.2019-cu ildə doğulmuş X1 adlı uşaqların yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşağa görə 140 manat sabit pul məbləğində aliment alınıb iddiaçı X3 verilməsi qərara alınmışdır. xx.xx.2020-ci il tarixli “tələbin könüllü icrası haqqında” bildirişin surətindən görünür ki, bildirişin surəti Borclu göndərilməklə ona Şəmkir Rayon Məhkəməsinin 2(076)-2127/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədində göstərilən tələbin könüllü icra edilməsi üçün 10 gün vaxt verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.3-cü maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinə əsаsən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Məhkəmə qeyd edir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 84-1.1ci maddəsinin tələbinə görə borclunun ölkədən getmək hüququnun məhdudlaşdırıla bilməsi üçün ilkin şərt onun icra sənədinin könüllü icrası üçün müəyyən olunmuş vaxtda icra sənədini üzrsüz səbəbdən icra etməməsi halıdır. Təqdim olunmuş material araşdırılarkən müəyyən olundu ki, “İcraata başlama haqqında” qərarın, tələbin könüllü icrası haqqında bildirişin borcluya göndərilməsinə baxmayaraq, icra sənədinin icrasına hələ də nail olunmamışdır. Məhkəmə ötən müddət ərzində icra sənədinin hələ də icra edilməməsini, borclunun ölkə hüdudlarından kənara çıxacağı təqdirdə icra sənədinin icrasının çətinləşəcəyini, ödənilməmiş borcun məbləğini nəzərə alaraq hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə təqdimat təmin edilməli, Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 231, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqdimat təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin 2(076)-2127/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən borclu – xx.xx.1996-cı il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar