Məhkəmə qərarları › İş №8(076)-213/2025

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №8(076)-213/2025

15.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 8(076)-213/2025 15.04.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X1 Mirzağa oğlunun sədrliyi Quluyeva Zərnişan Firdovsi qızının katibliyi ilə Gəncə Kommersiya Məhkəməsinin 05 dekabr 2024-cü il tarixli e-2-2(115)- 872/2024 saylı icra sənədi üzrə Borclu “Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair” Şəmkir rayon İcra və Probasiya Şöbəsinin təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Gəncə Kommersiya Məhkəməsinin 05 dekabr 2024-cü il tarixli e-2-2(115)- 872/2024 saylı icra sənədinə əsasən Borclu və qeyrilərindən müştərək qaydada cəmi 10.770,95 manat pulun, 210 manat mediasiya xərcinin və 122,31 manat dövlət rüsumunun tutularaq iddiaçı Tələbkar QSC-yə, 100 manat ekspertiza xəıcinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesbına ödənilməsi qət edilmişdir. Hazırda Şəmkir rayon İcra və Probasiya Şöbəsi təqdimatla məhkəməyə müraciət edərək Borclu icra sənədində göstərilən borcunu ödəmədiyini, hazırda da ödəməkdən yayındığını göstərib borclunun ölkədən getmək hüququnun borcunu tamamilə ödəyənədək müvəqqəti məhdudlaşdırılmasını xahiş etmişdir. İş üzrə Şəmkir rayon İcra və Probasiya Şöbəsinə, tələbkara və borcluya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən işə icra məmurunun, tələbkarın nümayəndəsinin və borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və iş materialları araşdıraraq hesab edir ki, təqdimat məhkəmə aidiyyatı üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.3-cü maddəsinə əsasən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması (bundan sonra - icra üzrə icraatın dayandırılması), borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzrə həbs qoyulması məsələləri icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, kommersiya məhkəməsinin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin kommersiya məhkəməsi və ya icra məmurunun olduğu yer üzrə müvafiq kommersiya məhkəməsi tərəfindən dayandırılır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması məsələlərinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. Hazırkı təqdimatın mahiyyətindən aydın olur ki, iş üzrə icrası tələb olunan icra vərəqi Gəncə Kommersiya Məhkəməsi tərəfindən verilmişdir. Məhz qanunvericiliyin göstərişləri baxımından məhkəmə hesab edir ki, hazırkı təqdimata baxılması icra məmurunun olduğu yer üzrə müvafiq kommersiya məhkəməsinin səlahiyyətlərinə aiddir, iş aidiyyatı üzrə icra məmurunun olduğu yer üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Gəncə Kommersiya Məhkəməsinin 05 dekabr 2024-cü il tarixli e-2-2(115)-872/2024 saylı icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin təqdimatı aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Gəncə Kommersiya Məhkəməsinin 05 dekabr 2024-cü il tarixli e-2-2(115)- 872/2024 saylı icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin təqdimatı aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. X2

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar