Məhkəmə qərarları › İş №8(076)-217/2025

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №8(076)-217/2025

07.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 8(076)-217/2025 07.04.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Mən Şəmkir Rayon Məhkəməsinin hakimi X1, iddiaçı Tələbkar1 cavabdeh Tələbkar2 qarşı alimentin sabit pul məbləğində tutulması tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(076)–2164/2019 saylı icra sənədinin təkrar icraya yönəldilməsi barədə tələbkarın ərizəsini məhkəmə iclasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı Tələbkar1 ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Tələbkar2 qarşı alimentin sabit pul məbləğində tutulması tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(076)–2164/2019 saylı icra sənədinin təkrar icraya yönəldilməsini məhkəmədən xahiş etmişdir. Ərizənin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, ərizə qanunvericilikdə nəzərdə tutulmuş zəruri tələblərə əməl edilmədən məhkəməyə verilmişdir. Belə ki, tələbkar Şəmkir Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(076)– 2164/2019 saylı icra sənədinin təkrar icraya yönəldilməsini xahiş etsə də, həmin icra sənədi üzrə icra sənədinin qaytarılması barədə qərardan şikayət verməmişdir. Belə olan halda ərizə tələbkara geri qaytarılmalı, ərizəçiyə qeyd olunan nöqsanı aradan qaldıraraq, icra sənədi üzrə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20 və 23-cü maddələri əsasında qəbul edilmiş Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin müvafiq qərarından məhkəməyə şikayət etmək hüququnun olması izah edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı Tələbkar1 cavabdeh Tələbkar2 oğluna qarşı alimentin sabit pul məbləğində tutulması tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(076)–2164/2019 saylı icra sənədinin təkrar icraya yönəldilməsi barədə tələbkarın ərizəsi geri qaytarılsın. Tələbkara izah edilsin ki, qeyd olunan nöqsanı aradan qaldıraraq, icra sənədi üzrə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20 və 23-cü maddələri əsasında qəbul edilmiş Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin müvafiq qərarından məhkəməyə şikayət etmək hüququna malikdir. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. X3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar