Məhkəmə qərarları › İş №8(076)-218/2025

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №8(076)-218/2025

16.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 8(076)-218/2025 16.04.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızının sədrliyi, Heydarov Cəmil Elxan oğlunun katibliyi ilə İddiaçı Tələbkar cavabdeh X2, üçüncü şəxslər X5 və X3 qarşı əmlak və maddi ziyan tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e- 16(076)-1/2025 saylı qətnaməsinin yenidən icraya yönləndirilməsi barədə təkrar icra vərəqəsi verilməsi barədə tələbkarın ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi Şəmkir rayon Məhkəməsinə xx.xx.2025-ci il tarixli ərizə ilə müraciət edərək, İddiaçı Tələbkar cavabdehlər X4 X1,X3 qarşı əmlak və maddi ziyan tələbinə 2(076)- 788/2025 saylı mülki işə mahiyyəti üzrə baxılıb həll olunadək 12 adda qızıl-ziynət əşyalarının- bir ədəd qızıl sep, ilan qabığı formalı, 8 qramlıq, 585 əyarlı, 1000 manat, bir ədəd qızıl klon, gül formalı, “PANDORA” markalı, 2 qramlıq 585 əyarlı qaşsız 300 manat, bir cüt qızıl sırğa-üzük dəsti, gül formalı 'PANDORA" markalı qaşız, 585 əyarlı 6 qramlıq, 800 manat, bir cüt qızıl sırğa-uzük dəsti, tək brilyant qaşlı, 583 əyarlı, 10 qramlıq, 1.5 karatlıq 2200 manat, nişan üzüyü qızıl, kvadrat formalı, çoxlu brilyant qaşlı 583 əyarlı, 8 qramlıq 1400 manat, bir ədəd üzük, qızıl fıanit qaşlı, güt formalı, 583 əyarlı 3 qramlıq 400 manat, bir ədəd üzük, qızıl, gül formalı, “PANDORA" markalı qara qaşlı, 583 əyarlı, 3 qramlıq 400 manat, bir ədəd üzük, qızıl, gül formalı, fıanit qaşlı, 583 əyarlı, 3 qramlıq 300 manat, bir ədəd qızıl qolbağı, gül formalı, “PANDORA" markalı, 4 qramlıq, 583 əyarlı 500 manat, bir cüt qızıl qolbağı, zəncir formalı qaşsız, 3 qramlıq, 583 əyarlı 400 manat, bir ədəd sep, qızıl, tros formalı 20 qramlıq, 583 əyarlı 2200 manat, bir dəst, ağ qızıldan fantaziya formalı, brilyant qaşlı, 750 əyarlı, 3.5 karatlıq, 16 qramlıq, sırğa- üzük, golbağı, kolye 8000 manat; 161 adda, cehiz ədalarının - bir dəst yataq mebeli, iki nəfərlik çarpayı iki ədəd tumbuçka, bir ədəd dörd qapılı patar şkafı, bır ədəd termo taclı, qızılı rəngli 16000 manat, bir dəst yumşaq mebei- bir ədəd üç nəfərlik divan iki ədəd kreslo və bir ədəd jurnal stolu iki ədəd kofe içmək uçün balaca stol 8000 manat, iki ədəd Qorka mebel, 4 bölməli qızılı rəngli, taclı 8000 manat, bir ədəd kamot, güzgülü, qızılı rəngli, taclı 2000 manat, bir ədəd 8 nəfərlik stol, 6 ədəd stul və iki ədəd kreslo ilə birlikdə, qızılı rəngli, taclı 6000 manat, bir dəst mətbəxt mebeli qızılı rəngli 5 metırlık 3000 manat, bir ədəd çilçıraq mətbəxt üçün, 3 şamlı 100 manat, iki ədəd çilçıraq, qonaq otağı üçün qaşlı 12 şamı 600 manat, bir ədəd çilçıraq, yataq otağı üçün, üç şamlı 100 manat, bir ədəd çilçıraq, dəhliz üçün, 3 şamlı 100 manat, mətbəxt üçün stol, stulları ilə birlikdə 800 manat, iki ədəd pəncərə üçün tül pərdə, qonaq otağı üçün, dekor vilur parçadan, krem rəngli 500 manat, bir ədəd pərdə, yataq otağının pəncərəsi üçün, krem rəngli, tül və vilur dekor parçadan 500 manat, bir ədəd pərdə, mətbəxt üçün, krem rəngli, vilur parçadan dekor parça ilə 300 manat, iki ədəd qapı pərdəsi zal otağın qapılan üçün, krem rəngli, vilur dekor parça ilə 300 manat, iki ədəd xalça, qonaq otağı üçün, 3X5 ölçülü, qarışıq rəngli 1200 manat, bir ədəd xalça, böyük, iki ədəd balac xalça yataq otağı üçün, krem rəngli 400 manat, bir ədəd xalça, mətbəxt üçün, 2X3 ölçülü, qarışıq rəngli 300 manat, bir ədəd xalça, dəhliz üçün 2X3 olçülu, qarışıq rəngli 200 manat, bir ədəd Samsunq markalı, iki kameralı soyuducu, kül rəngli 1800 manat, bır ədəd Boş markalı, avtomat paltaryuyan maşın, kül rəngli 1800 manat, bir ədəd mətbəx üçün soba, kül rəngli, Ankastr firmadan 500 manat, bir ədəd mikrodalğalı soba, kül rəngli Ankastr firmadan 300 manat, bir ədəd asperator kül rəngli 300 manat, bir ədəd qaz peçi, dörd gözlü, mebel içi 200 manat, bır ədəd Samsunq markalı televizor, led, 109 dioqanal 1200 manat, bir ədəd mətbəxt uçün divar saatı, qızılı rəngli 50 manat, bir ədəd qonaq otağı üçün, divar saatı ağlı-qızılı rəngli, böyük ölçülü 150 manat, bir ədəd daroşka 25 metrlik pilləkən üçün, qarışıq rəngli 450 manat, bir ədəd yun döşək 2 nəfərlik, 30 kiloqramlıq 200 manat, iki ədəd yun döşək, tək nəfərlik, hər biri 15 kq olmaqla 200 manat, bir ədəd yun yorğan, iki nəfərlik, 5 kq 200 manat, dörd ədəd yun yorğan, bir nəfərlik 400 manat, altı ədəd böyük balınc, qaz tükündən 200 manat, dörd ədəd balınc, balaca, qaz tükündən 100 manat, bir ədəd pakrıval, ağ pakrıval, özündən güllü, iki ədəd paduşka ilə birlikdə 350 manat, bir ədəd yun adyal böyük, şabalıdı rəngli 130 manat, bir ədəd krem rəngli yun adyal 80 manat, iki ədəd yun adyal, tək nəfərlik qarışıq rəngli 100 manat, üç ədəd yay üçün yorğan, müxtəlif rəngli, tək nəfərlik 200 manat, bır dəst pastel üzü, bir nəfərlik ağ rəngli, sadə 50 manat, bir dəst pastel üzü, qarışıq rəngli, güllü, bir nəfərlik 50 manat, dörd ədəd döşək üçün mələfə, tək nəfərlik, müxtəlif rəngli 60 manat, iyirmi ədəd dəsmal, stol üçün, müxtəlif rəngli 50 manat, bir ədəd süfrə, qonaq otağı üçün, ağ rəngli, lepkalı 150 manat, bir ədəd süfrə, mətbəxt üçün, şabalıdı rəngli, küpürlü 50 manat, bir ədəd ütü stolu, şkaflı şabalıdı rəngli 150 manat, bir ədəd Pas-pas vedrə 30 manat, bir ədəd sandıq krem rəngli qaşlı 120 manat, bir ədəd Samsunq firmadan tozsoran 250 manat, bır ədəd elektrıklı, ət çəkən, Eurolux firmadan 200 manat, bir ədəd sok çəkən, Eurolux firmadan 150 manat, bir ədəd mikser, Eurolux firmadan 100 manat, bir ədəd samovar, elektriklə işləyən, çayniki ilə birlikdə 150 manat, bir ədəd termuz, elektriklə işləyən 100 manat, bir ədəd sac elektriklə işləyən 100 manat, bır ədəd soğan çəkən 20 manat, bır ədəd qoz çəkən 20 manat, bir ədəd ütü, Eurolux 120 manat, bir ədəd paltar sərgisi üç mərtəbəli 50 manat, bir ədəd paltar setkası,plasmas, şabalıdı rəngli böyük 15 manat, bir ədəd paltar setkası plasmas, qırmızı rəngli, kiçik 10 manat, bir ədəd vanna plasmas qırmızı rəngli 15 manat, biı ədəd vedrə, plasmas, qapaqlı, yaşıl rəngli 10 manat, bir ədəd duvax, taxta materialdan 25 manat, bir ədəd oxlov, nazik, taxta 5 manat, bir ədəd oxlov qalın 5 manat, on iki ədəd şiş, dəmir, böyük ölçülü 40 manat, iki ədəd qoz qıran dəmir 10 manat, bir ədəc sarımsaq əzən dəmir 3 manat, bir ədəd sarımsaq əzən taxadan 2 manat, bir ədəd tyorka böyük 7 manat, bir ədəd tyorka, balaca 5 manat, iki ədəd mətbəx üçün şotku, 3 manat “Tefal” firmadan tava dəsti, beş müxtəlif ölçülü, kül rəngli, özündən, xallı 100 manat iki ədəd vedrə, şirəli, sarı rəngli, 10 litirlık 50 manat, beş ədəd ləyən, şirəli, müxtəli ölçülü, sarı rəngli 100 manat, iki ədəd ləyən şirəli, balaca 30 manat, bir ləyən dəsti şirəli, üç dənəlik 40 manat, iki ədəd beton, şirəli 40 manat, iki ədəd quyruqlu, şirəli 3< manat, altı ədəd cəm, şirəli, müxtəlif ölçülü 50 manat, on ədəd ləyən plastik, müxtəli ölçülü 80 manat, üç ədəd aşsüzən, eyni ölçülü, aliminium 50 manat, üç ədəd aşsüzə nerjaveyka eyni ölçülü 50 manat, qranit qazan dəsti, müxtəlif ölçülü, 5 ədəd, pəmb rəngli 250 manat, qazan dəsti, aliminium müxtəlif olçülu, 5 ədəd 300 manat, qaza dəsti, Tefal firmadan 5 ədəd müxtəlif ölçülü 200 manat, qazan dəsti, Tefal fırmadaı qrant, 8 ədəd müxtəlif ölçülü, tünd qırmızı rəngli 180 manat, qazan dəsti beş dənəli aliminium müxtəlif ölçülü 80 manat, qəzan, böyük, ət üçün, 40 litr tutumlu 100 manat, bir ədəd qazan, şirəli, 40 litr tutumlu 80 manat, iki ədəd çaydan, şirəli, 5 litr tutumlu 60 manat, çaynik dəsti, şirəli, bir böyük və bir balaca 60 manat, bir ədəd dəm çayniki, şirəli, ağ rəngli güllü 20 manat, bir ədəd dəm çayniki, şirəli, mavi rəngli, güllü 20 manat, padnus dəsti, qaşlı müxtəlif ölçülü, 3 ədədlik 80 manat, iki ədəd gecə lampası 60 manat, iki ədəd şamdan 150 manat, bir ədəd gəmi, suvenir 80 manat, bir dəst ədviyyat qabı, altı dənəli sadə şüşə 80 manat, bir ədəd kartofsoğan qabı, dəmirdən, üç mərtəbəli 30 manat, bir ədəd zibil qabı, böyük, plasmas 30 manat, bir ədəd zibil qabı, balaca, plasmas 10 manat, iki ədəd ləyən, böyük, nerjaveyka 40 manat, iki ədəd ləyən, böyük, aliminium 60 manat, bir ədəd un ləyəni şirniyyat üçün 15 manat, bir ədəd un ləyəni 15 manat, iki ədəd quyruqlu, plastik 10 manat, bir dəst mətbəx naboru- çömçə, kökür, kartof əzən, qaşıq çəngəl 50 manat, əlli ədəd xörək qaşığı - qızılı rəngli və bəzəkli 100 manat, 50 ədəd çəngəl, qızılı rəngli və bəzəkli 120 manat, otuz ədəd qaşıq, orta böyüklükdə, 60 manat, otuz ədəd çay qaşığı qızılı rəngli, bəzəkli 50 manat, altı ədəd qaşıq, taxta 50 manat, attı ədəd qaşıq, plastik 60 manat, iki ədəd qab, çörək qoymaq üçün 30 manat, iki ədəd qab salfetka üçün, qızılı rəngli 40 manat, dörd ədəd qab, salfetka üçün, şüşə 50 manat, limon çəngəli, 12 ədəd qızılı rəngli 20 manat, limon qaşığı, 12 ədəd qızılı rəngli 20 manat, otuz ədəd orta boşqabı, qzılı rəngli, bəzəkli 150 manat, iyirmi ədəd qəndqabı, müxtəlif ölçülü və bəzklı 300 manat, əlli ədəd stəkan, sok üçün, şüşədən 200 manat, bir ədəd ləpə qabı, üç gözlü 70 manat, bir ədəd bılinçik bişirən 50 manat, qaşıq naboru dəsti 100 manat, bıçaq dəsti naboru 12 ədəd, taxta formanın içərisində 30 manat, bıçaq dəsti, 12 ədəd, qayçı ilə birlikdə, müxtəlif ölçülü 25 manat, rumka 12 ədəd rəngli böyük ölçülü 100 manat, on iki ədəd rumka, sadə şüşə 100 manat, çay dəsti 12 nəfərlik 250 manat, ağ rəngli gümüşü rəngli bəzəkli yemək dəsti 12 nəfərlik ağ rəngli, gümüşü bəzəkli 250 manat, bır ədəd meyvə qabı “TOM" firmadan, böyük 500 manat, bir ədəd güldan "TOM” firmadan, böyük 500 manat, bir ədəd ləpə qabı, "TOM" fırmalı böyük ölçülü 250 manat, bır ədəd konfet qabı, “TOM" firmadan 250 manat, on iki ədəd gül, süni 120 manat, on səkkiz ədəd böyük bakal xrustal Tom firmadan 600 manat, on səkkiz ədəd orta böyüklkdə xrustal Tom firmadan 300 manat, Tom firmadan kampot dəsti, 6 ədəd stəkan və bir qrafinlə birlikdə, xrustal 400 manat, on iki ədəd qızılı bəzəkli, sadə şüşədən bakal, hündür 100 manat, stəkan 12 ədəd, sadə şüşə, qzılı bəzəkli 50 manat, on iki ədəd dekor üçün gül 120 manat, ayı kukla 3 ədəd, müxtəlif ölçülü 100 manat, iki ədəd dovşan kukla, müxtəlif ölçülü 30 manat, üzərlik, suvenir, gül qabı ilə birlikdə qızılı rəngli 30 manat, hamam dəsmalı, 18 ədəd, müxtəlif bəzəkli, müxtəlif ölçülü 200 manat, əl-üz dəsmalı, karopkada, dörd dəst, müxtəlif ölçülü, müxtəlif bəzəkli 200 manat, el-üz dəsmalı, açıq 40 ədəd, müxtəlif ölçülü və müxtəlif bəzəkli 200 manat, çay dəsmalı 20 ədəd müxtəlif ölçülü və müxtəlif rəngli 130 manat, süfrə, müxtəlif ölçülü, müxtəlif rəngli, 4 ədəd 100 manat, iki nəfərlik pastel dəsti 7 dəst, müxtəlif rəngli 600 manat, çay stəkanı 60 ədəd sədə, nəlbəki ile 200 manat, çay stəkanı 36 ədəd nəlbəkısiz sadə şüşə 50 manat, on səkkiz ədəd araq stəkanı, sadə şüşədən 30 manat, mürəbbə üçün rozetka, adi şüşədən 80 manat, meyvə üçün vaz, sadə şüşədən, 16 ədəd, eyni ölçülü, cəmi dəyəri 200 manat, iki ədəd meyvə qabı, iki ədəd konfet qabı bir ədəd güldan qaşlı, ağ rəngli, özündən zərli 200 manat, ləpə qabı, 20 ədəd, sadə şüşədən, müxtəlif ölçülü 150 manat, duz qabı 24 ədəd sadə şüşədən 40 manat; iyirmi iki adda, geyim əşyalarının - bir ədəd qırmızı rəngli, don, sağ tərəf sinəsi qaşlı, qolsuz, uzun 200 manat, kostyum-şalvar, qara rəngli, sinəsi düyməli 100 manat, kostyum- şalvar, sarı rəngli, kostyumun ətəyi saçaqlı 100 manat, idman paltarı, ağ rəngli, qaşlı, jiletlə birlikdə, kapçonkalı 100 manat, idman paltarı, yaşıl rəngli, sinəsində ayı şəkili olan 40 manat, kofta qış üçün, ağ rəngli, sinəsi xətli, qolu uzun 20 manat, kofta qış üçün, ağ rəngli, yaşıl xətli, qolu uzun 20 manat, bir ədəd qolu uzun köynək, krem rəngli, sinəsi düyməli 30 manat, alt paltarı 7 dəst 200 manat, gecə paltarı 5 dəst, müxtəlif formalı, müxtəlif rəngli 200 manat, əl sumkası, krem rəngli, qara bəzəkli 30 manat, əl sumkası, ağ rəngli, balaca 20 manat, bir ədəd klac, çəhrayı rəngli 30 manat, bir cüt çəkmə, qara rəngli dikdaban 40 manat, bir cüt botinka ağ rəngli 30 manat, bir ədəd qara rəngli şuba 300 manat, bir ədəd qara rəngli, plaş, uzun, iri düyməli 100 manat, ev üçün ayaqqabı, cüt müxtəlif rəngli və müxtəlif formalı 30 manat, kosmetika naboru 60 manat, bir ədəd duxi Amor firmadan 20 manat, bir ədəd üz üçün krem 5 manat, bir ədəd əl uçün krem 5 manat dəyərində olan əmlakların üzərinə həbs qoyulmasını və cavabdehlər tərəfindən istifadəsinə qadağa qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 16(076)-1/2025 saylı qərardadı ilə ərizə təmin edilmişdir. Daha sonra Şəmkir rayon İcra Və Probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli “İcraata xitam verilməsi haqqında” qərarı ilə həmin icra sənədinidə qeyd olunan tələb tam şəkildə təmin olunduğundan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 16(076)-1/2025 saylı icra sənədində xitam verilmişdir. İşdə olan Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli “İcraata xitam verilməsi haqqında” qərarından görünür ki, həmin icra sənədində qeyd olunan tələb tam şəkildə təmin olunduğundan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e- 16(076)-1/2025 saylı icra sənədinə xitam verilmişdir. İşdə olan Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli aktdan görünür ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025- ci il tarixli e-16(076)-1/2025 saylı qərardadında qeyd edilmiş qızıl-zinət, cehiz, geyim əşyalarının və kosmetika avadanlıqlarının cavabdehlərin yaşadığı Şəmkir rayonu, Könüllü kəndində aşkar edilməmişdir. Digər cehiz əşyalarının ayrı-ayrılıqda adları, marka və kəmiyyəti barədə heç bir məlumat qeyd edilmədən həmin ünvanda olduğu aşkar edilərək üzərinə həbs qoyulmuş və cavabdehlər tərəfindən istifadəsi qadağan edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, tələbkar və icra məmuru məhkəmə iclasına gəlməmiş, gəlməməsi barədə məlumat verməmişdir. Məhkəmə AR MPM-in 231.2-ci maddəsinə əsasən işə icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işdə olan sənədləri nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına qiymət verərək hesab edir ki, tələbkarın ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, ərizəçi ərizəsində göstərdiyi halları sübüt edə bilməmiş, həmçinin icraata xitam verilməsi barədə sözügüdən icra qurumunun qərarını təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, tələbkarın hazırki ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 231, 263, 264 və 266–cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Tələbkar cavabdeh X2, üçüncü şəxslər X5 və X3 qarşı əmlak və maddi ziyan tələbinə dair Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-16(076)-1/2025 saylı qətnaməsinin yenidən icraya yönləndirilməsi barədə Tələbkar ərizəsi təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nazlı Heydərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar