Məhkəmə qərarları › İş №8(076)-225/2023

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №8(076)-225/2023

13.04.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 8(076)-225/2023 13.04.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Tanırverdiyev Elnur Mehti oğlunun katibliyi , Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin İcra məmuru X2, Borclu iştirakı ilə Şəmkir Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş “borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə” təqdimata açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Xəyal Verdiyev təqdimatla məhkəməyə müraciət edərək, Şəmkir Rayon Məhkəməsinin 2(076)-2969/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)- 2969/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən borclular Borclu və X1 müştərək qaydada 2093.61 ABŞ dollar məbləğində pul və 20 manat dövlət rüsumu alnaraq tələbkar BOKT "xxxx" MMC- yə ödənilməlidir. İcra sənədi xx.xx.2018-ci il tarixdə Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuşdur. İcra sənədi üzrə halhazırda tələbkara olan borc 3423.19 manat təşkil edir. İcra sənədini icra etmək məqsədilə Borclu adına sorğular verilmiş və borclunun adına daşınar və daşınmaz əmlak, eləcə də bank və kredit təşkilatlarında heç bir pul və qiymətli əşyalar, tələbin yönələ biləcəyi əmlak olunmamışdır. İş üzrə borclulara könüllü icra üçün müəyyən olunmuş vaxtda tələbin icrası ilə bağlı bildiriş göndərilməsinə, dəfələrlə rəsmi xəbərdalıqlar edilməsinə baxmayaraq, icra sənədi üzrə öhdəliyi yerinə yetirməmişdir. Məhkəmə iclasında “borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırıması” haqqında təqdimatı tərtib etmiş Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Xəyal Verdiyev bildirdi ki, icra sənədinin icrasının təmin olunması məqsədilə borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilmiş və borcun ödənilməsi tələb edilmiş, lakin borclu tərəfindən tələbkara heç bir ödəniş edilməmişdir. Məhkəmə iclasında Borclu bildirdi ki, hal-hazırda ödəniş etməyə imkanı olamdığını və təqdimatın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, tələbkar məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən işə tələbkarın iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, təqdimatı və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, təqdimata əlavə edilmiş Şəmkir Rayon Məhkəməsinin 2(076)-2969/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, borclular Borclu və X1 əsas borc üzrə 1418 dolları 16 sent, faiz borcu üzrə 425 ABŞ dolları 45 sent, cərimə borcu üzrə 250 ABŞ dolları, cəmi 2093 ABŞ dolları 61 sent ödənildiyi günə Azərbaycan manatına olan məzənəsi üzrə pul və 20 manat dövlət rüsumu alınıb tələbkar BOKT "xxxx" MMC- yə verilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişin və icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Borclu Şəmkir Rayon Məhkəməsinin 2(076)-2969/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədində göstərilən tələbin könüllü icra edilməsi üçün 10 gün vaxt verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.3-cü maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinə əsаsən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Məhkəmə qeyd edir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 84-1.1ci maddəsinin tələbinə görə borclunun ölkədən getmək hüququnun məhdudlaşdırıla bilməsi üçün ilkin şərt onun icra sənədinin könüllü icrası üçün müəyyən olunmuş vaxtda icra sənədini üzrsüz səbəbdən icra etməməsi halıdır. Təqdim olunmuş material araşdırılarkən müəyyən olundu ki, “İcraata başlama haqqında” qərarın, tələbin könüllü icrası haqqında bildirişin borcluya təqdim edilməsinə baxmayaraq, icra sənədinin icrasına hələ də nail olunmamışdır. Məhkəmə ötən müddət ərzində icra sənədinin hələ də icra edilməməsini, borclunun ölkə hüdudlarından kənara çıxacağı təqdirdə icra sənədinin icrasının çətinləşəcəyini, ödənilməmiş borcun məbləğini nəzərə alaraq hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə təqdimat təmin edilməli, Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 231, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqdimat təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin 2(076)-2969/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə borclu – xx.xx.1964-cü il tarixdə Şəmkir rayonu, Qapanlı kəndində doğulmuş və Şəmkir rayonu, Qapanlı kəndində qeydiyyatda olan və yaşayan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar