Məhkəmə qərarları › İş №8(076)-229/2023

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №8(076)-229/2023

13.04.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 8(076)-229/2023 13.04.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Tanırverdiyev Elnur Mehti oğlunun katibliyi , Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin İcra məmuru X3 iştirakı ilə Şəmkir Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş “borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə” təqdimata açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Xəyal Verdiyev təqdimatla məhkəməyə müraciət edərək, Şəmkir Rayon Məhkəməsinin 2(076)-6310/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)- 6310/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən borclular Borclu, X1 və X2 müştərək qaydada 3120.27 manat məbləğində pul vəç 20 manat dövlət rüsumu alnaraq tələbkar BOKT "xxxx" MMC- yə ödənilməlidir. İcra sənədi xx.xx.2017-ci il tarixdə Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuşdur. İcra sənədi üzrə hal-hazırda tələbkara olan borc 3140.27 manat təşkil edir. İcra sənədini icra etmək məqsədilə Borclu adına sorğular verilmiş və borclunun adına daşınar və daşınmaz əmlak, eləcə də bank və kredit təşkilatlarında heç bir pul və qiymətli əşyalar, tələbin yönələ biləcəyi əmlak aşkar olunmamışdır. İş üzrə borclulara könüllü icra üçün müəyyən olunmuş vaxtda tələbin icrası ilə bağlı bildiriş göndərilməsinə, dəfələrlə rəsmi xəbərdalıqlar edilməsinə baxmayaraq , icra sənədi üzrə öhdəliyi yerinə yetirməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, borclu və tələbkar iclasına gəlməmişlər, lakin icra məmuru məhkəmə iclasında iştirak etmişdir. Məhkəmə AR MPM-in 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında “borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırıması” haqqında təqdimatı tərtib etmiş Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Xəyal Verdiyev bildirdi ki, icra sənədinin icrasının təmin olunması məqsədilə borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilmiş və borcun ödənilməsi tələb edilmiş, lakin borclu tərəfindən tələbkara heç bir ödəniş edilməmişdir. Məhkəmə, təqdimatı və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, təqdimata əlavə edilmiş Şəmkir Rayon Məhkəməsinin 2(076)-6310/2017 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, borclular Borclu, X1 və X2 əsas borc üzrə 2548 manat 27 qəpik, faiz borcu üzrə 62 manat, cərimə borcu üzrə 510 manat, cəmi 3120 manat 27 qəpik məbləğində pul və 20 manat dövlət rüsumu alınıb ərizəçi Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-yə verilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2017-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, bildirişin surəti Borclu təqdim edilməklə ona Şəmkir Rayon Məhkəməsinin 2(076)-6310/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədində göstərilən tələbin könüllü icra edilməsi üçün xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.3-cü maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinə əsаsən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Məhkəmə qeyd edir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 84-1.1ci maddəsinin tələbinə görə borclunun ölkədən getmək hüququnun məhdudlaşdırıla bilməsi üçün ilkin şərt onun icra sənədinin könüllü icrası üçün müəyyən olunmuş vaxtda icra sənədini üzrsüz səbəbdən icra etməməsi halıdır. Təqdim olunmuş material araşdırılarkən müəyyən olundu ki, “İcraata başlama haqqında” qərarın, tələbin könüllü icrası haqqında bildirişin borcluya təqdim edilməsinə baxmayaraq, icra sənədinin icrasına hələ də nail olunmamışdır. Məhkəmə ötən müddət ərzində icra sənədinin hələ də icra edilməməsini, borclunun ölkə hüdudlarından kənara çıxacağı təqdirdə icra sənədinin icrasının çətinləşəcəyini, ödənilməmiş borcun məbləğini nəzərə alaraq hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə təqdimat təmin edilməli, Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 231, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqdimat təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin 2(076)-6310/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə borclu – xx.xx.1989-cu il tarixdə Şəmkir rayonu, Muxtariyyə kəndində doğulmuş və Şəmkir rayonu, Muxtariyyə kəndində qeydiyyatda olan və yaşayan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar