Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 8(076)-233/2023 13.04.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Tanırverdiyev Elnur Mehti oğlunun katibliyi ilə, Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 iştirakları ilə, Şəmkir rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş “borclunun məcburi gətirilməsi barədə” təqdimata açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Xəyal Verdiyev təqdimatla məhkəməyə müraciət edərək, Şəmkir Rayon Məhkəməsinin 2(076)-3014/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə, Borclu məcburi qaydada gətirilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Şəmkir rayon Məhkəməsinin 2(076)- 3014/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən borclular Borclu və X2 müştərək qaydada 2611.89 ABŞ dolları məbləğində və 20 manat dövlət rüsumu alınaraq BOKT "xxxx" MMC-yə verilməlidir. İcra sənədi xx.xx.2017-ci il tarixdə icraata daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 gün müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər Borclu icra sənədində göstərilən ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmış və icra sənədi üzrə tələbi təmin etməmişdir. İcra sənədi üzrə hal-hzırda tələbkara olan borc 2611.89 ABŞ məbləğində pul və 20 manat dövlət rüsumu təşkil edir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, borclu və tələbkar məhkəmə iclasına gəlməmiş, lakin icra məmuru məhkəmə prosesində iştirak etmişdir. Məhkəmə AR MPM-in 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında “borclunun məcburi gətirilməsi barədə” təqdimatı tərtib etmiş Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Xəyal Verdiyev təqdimatın təmin edilməsini xahiş etmişdir. Məhkəmə, təqdimata əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, təqdimat əsaslı olduğundan təmin olunmalı, icra sənədinin icrası ilə əlaqədar Borclu Şəmkir rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməlidir. Belə ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)-3014/2017 saylı, xx.xx.2017-ci tarixli məhkəmə əmrinə əsasən xx.xx.1971-ci ildə Gədəbəy rayonunda anadan olmuş, hazırda Şəmkir rayonu, Sarıtəpə kəndində yaşayan Borclu və xx.xx.1969-cu ildə Rusiya Federasiyası, Kemerov vilayətində anadan olmuş, hazırda Şəmkir rayonu, Sarıtpə kəndində yaşayan borclu X1 əsas borc üzrə 1501 ABŞ dolları 89 sent, faiz borcu üzrə 735 ABŞ dolları, cərimə borcu üzrə 375 ABŞ dolları, cəmi 2611 ABŞ dolları 89 sent ödənildiyi günə Azərbaycan manatına olan məzənəsi üzrə və 20 manat dövlət rüsumu müştərək qaydada tutularaq kreditor Bank olmayan Kredit Təşkilatı "xxxx" MMC-yə ödənilməsi qərara alınmışdır. Təqdimata əlavə edilmiş xx.xx.2017-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, Borclu Şəmkir Rayon Məhkəməsinin 2(076)-3014/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədində göstərilən tələbin könüllü icra edilməsi üçün 10 gün vaxt verilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Belə olan halda məhkəmə hesab edir ki, Borclu Şəmkir Rayon Məhkəməsinin 2(076)-3014/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə tələbin könüllü icrası barədə bildirişə, məsuliyyətə cəlb olunma barədə xəbərdarlıqlara baxmayaraq, Şəmkir rayon İcra və Probasiya Şöbəsinə gəlməkdən, eləcə də icra sənədi üzrə müəyyən edilmiş borcu ödəməkdən üzrsüz səbəbdən yayındığından, o, Şəmkir rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməlidir. Şərh olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəllənin 231, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqdimat təmin edilsin. xx.xx.1971-ci tarixdə Gədəbəy rayonunda doğulmuş, Şəmkir rayonu Sarıtəpə kəndində qeydiyyatda olan və yaşayan Borclu Şəmkir rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilsin. Qərardadın icrası Şəmkir rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №8(076)-233/2023
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №8(076)-233/2023
13.04.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver