Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 8(076)-238/2023 12.04.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X4 iclas katibliyi ilə, Şəmkir Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş “borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə” təqdimata açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Ayaz Hüseynov təqdimatla məhkəməyə müraciət edərək, icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)- 769/2013 saylı, xx.xx.2013-cü tarixli icra sənədi üzrə Borclu və X2 müştərək qaydada cəmi 37815 manat məbləğində pul və 30 manat dövlət rüsumu alınıb tələbkar X1 ödənilməsi qət edilmişdir. Yuxarıda qeyd olunan icra sənədi xx.xx.2014-cü il tarixində Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdirlər. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə bərabər edilmişdir. Lakin bu müddət ərzində borclular tərəfindən icra sənədlərində olan tələb könüllü təmin edilmədiyi üçün tərəfimizdən borcluların əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Hazırda Borclu borcu 37815 manat təşkil edir. İcra sənədinin icrasını təmin etmək məqsədilə hesab edir ki, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Yuxarıda göstərilənləri və “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsini rəhbər tutaraq, icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, tələbkar və borclu məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə onların iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab etmişdir. Təqdimata əlavə edilmiş, Şəmkir Rayon Məhkəməsinin 2(076)-769/2013 saylı, xx.xx.2013-cü tarixli icra sənədi üzrə Borclu və X2 müştərək qaydada cəmi 37815 manat məbləğində pul və 30 manat dövlət rüsumu alınıb tələbkar X1 ödənilməsi qət edilmişdir. İşdə olan Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2014-cü il tarixli qərardan görünür ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)-769/2013 saylı, xx.xx.2013-cü tarixli icra sənədi üzrə icraata başlanılmışdır. İşdə olan xx.xx.2014-cü il tarixli bildirişdən görünür ki, Borclu Şəmkir Rayon Məhkəməsinin 2(076)-769/2013 saylı, xx.xx.2013-cü tarixli icra sənədinin 10 gün müddətində könüllü icra edilməsi xahiş olunmuşdur. Borclu imza etməklə tələbin könüllü icrası barədə bildirişi almışdır. Məhkəmə təqdimatı və təqdimata əlavə olunmuş sənədləri nəzərdən keçirib, tələbin könüllü icrası barədə bildirişin borclu tərəfindən üzərinə imza edilməklə qəbul edilməsi və icra sənədi üzrə borcun ödənilməməsini nəzərə alaraq hesab edir ki, təqdimat təmin edilməlidir. “İcra haqqında” Qanunun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 263-264, 267-268-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin 2(076)-769/2013 saylı, xx.xx.2013-cü tarixli icra sənədi üzrə borc ödənilənədək, xx.xx.1973-cü il tarixdə Şəmkir rayonu, Çinarlı qəsəbəsində anadan olan və Şəmkir rayonu, Yeni-Həyat kəndində qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardad dərhal icra edilsin. Qərardaddan, rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verə bilərlər. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №8(076)-238/2023
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №8(076)-238/2023
12.04.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver