Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 8(076)-24/2025 27.01.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim: Heydərova Nazlı Azər qızının sədrliyi Katib: Heydarov Cəmil Elxan oğlunun katibliyi Tələbkar: X1 iştirakları ilə “İcraata xitam verilməsi haqqında” Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi və Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2(076)-2558/2023 saylı icra sənədinin təkrar icraya yönəldilməsi barədə tələbkar X1 ərizəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-2558/2023 saylı icra sənədinə əsasən, Cavabdeh məxsus 3 ədəd güldan, 4 ədəd yorğan, 3 ədəd döşək, 6 ədəd balınc, 1 dəst yataq mebeli dəsti, 1 dəst uşaq üçün yatacaq dəsti, 1 ədəd tozsoran, 1 ədəd ayaqüstü dəmir asılqan, 1 ədəd 2,5x4 metr ölçüdə gəvə, 3 ədləd pəncərə və 2 ədəd qapı üçün pərdələr, 1 ədəd sandıq, 1 ədəd televizoraltı, 1 əcləd ütü stolu, 1 ədəd soyuducu, 1 ədəd paltaryuyan maşın, ədəd dördgözlü qaz peçi, 1 ədəd sokçəkən maşın, 1 ədəd duxovka və ədəd ətçəkən maşından ibarət cehiz əşyaları JN-389A saylı "Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə" əsasında iddiaçının mərhum atası X2 mülkiyyətində olan, Şəmkir rayonu, Sabirkənd kəndində 0.30 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evindən çıxarılması qət edilmişdir. Bu barədə qətnamə qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmişdir. Hazırda yuxarıda qeyd olunan icra sənədi üzrə tələbkar X4 ərizə ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsini və Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-2558/2023 saylı qətnaməsinin təkrar icraya yönəldilməsini məhkəmədən xahiş etmişdir. Şəmkir rayon İcra və Probasiya Şöbəsinə və borcluya məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə işə icra məmurunun və borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı tələbkar X4 izahatında bildirdi ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-2558/2023 saylı icra sənədi icraya yönəldikdən sonra borclu icra sənədi üzrə hərkətləri edəcəyini bildirmişdir, lakin mebel əşyalarını onun həyətindən götürməmişdir. Şəmkir rayon İcra və Probasiya Şöbəsinin işçiləri tərəfindən ona təqdim edilən ərizəni imzalamış, lakin həmin ərizənin mahiyyətini başa düşməmişdir. Hazrda qətnamə icra edilməmiş qalır, qarşı tərəfin cehiz əşyaları onun evindən çıxarılmalı olsa da, bugunə qədər qətnamə tam icra edilməmiş, əşyalar həyətə yığılsada çıxarılmamışdır. Həmin əşyaların onun evində olması ona son dərəcə narahatçılıq törədir, həyətində normal hərəkətlərinə mane olur. Onun icra sənədi üzrə icraata xitam verilməsindən məlumatı olmamış, ona rəsmi olaraq bu barədə məlumat verilməmişdir. Həmin sənədi ərizə yazmamışdan bir neçə gün əvvəl əldə etmişdir. Odur ki icra məmurunun qərarı ləğv edilərək, qeyd edilən icra sənədinin yenidən icraya yönəldilməsini xahiş edir. Tələbkar cehiz əşyalarının hələdə onun evində olması barədə çəkilmiş fotoşəkilləri məhkəməyə təqdim etmişdir. Məhkəmə iclası zamanı şahid qismində izahat vermiş X3 izahatında bildirdi ki, tələbkar X4 onun əridir, borclu, Cavabdeh əvvəlcə icra məmuru ilə birlikdə gələrək özünə məxsus əşyaları götürəcəyini bildirsə də, sonradan o lazımi hərəkətləri etməkdən yayınmışdır və əşyalarını evdən çıxarmamışdır. Məhkəmə iclası zamanı şahid qismində izahat vermiş X5 izahatında bildirdi ki, tələbkar X4 onun qardaşıdır, Cavabdeh əvvəlcə icra məmuru ilə birlikdə gələrək özünə məxsus əşyaları götürəcəyini bildirsə də, sonradan o lazımi hərəkətləri etməmişdir.Hazırda əşyalar tələbkarın evindədir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, işdə olan sənədləri nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına qiymət verərək hesab edir ki, tələbkarın ərizəsi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-2558/2023 saylı icra sənədinə əsasən, Cavabdeh məxsus 3 ədəd güldan, 4 ədəd yorğan, 3 ədəd döşək, 6 ədəd balınc, 1 dəst yataq mebeli dəsti, 1 dəst uşaq üçün yatacaq dəsti, 1 ədəd tozsoran, 1 ədəd ayaqüstü dəmir asılqan, 1 ədəd 2,5x4 metr ölçüdə gəvə, 3 ədləd pəncərə və 2 ədəd qapı üçün pərdələr, 1 ədəd sandıq, 1 ədəd televizor altı, 1 əcləd ütü stolu, 1 ədəd soyuducu, 1 ədəd paltaryuyan maşın, ədəd dördgözlü qaz peçi, 1 ədəd sokçəkən maşın, 1 ədəd duxovka və ədəd ətçəkən maşından ibarət cehiz əşyaları JN-389A saylı "Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə" əsasında iddiaçının mərhum atası X2 mülkiyyətində olan, Şəmkir rayonu, Sabirkənd kəndində 0.30 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evindən çıxarılması qət edilmişdir. Bu barədə qətnamə qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmiş, icra hərəkətləri həyata keçirilərkən tələbkarın ərizəsi əsasında Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarı ilə icra sənədinə xitam verilmişdir. Göründüyü kimi Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun xx.xx.2023-cü il tarixli qərarı ilə tələbkarın ərizəsi əsasında Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-2558/2023 saylı icra sənədinə xitam verilmişdir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5–ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Həmin Qanunun 20.3-cü maddəsinə əsasən, icra məmuru icraata xitam verilməsi barədə qərar qəbul etdikdən sonra icraat üzrə hər hansı icra hərəkətlərinin həyata keçirilməsinə yol verilmir. Həmin Qanunun 20.4-cü maddəsinə əsasən, icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı daxil olduqdan sonra məhkəmə 10 gün müddətində həmin qərarın bu Qanunun tələblərinin pozulmaqla qəbul edilməsini müəyyən edərsə həmin qərarı ləğv edir. Həmin Qanunun 20.6-cı maddəsinə əsasən, icraata xitam verilməsi barədə icra məmurunun qərarı məhkəmə tərəfindən ləğv edildikdə icra tədbirləri davam etdirilir. Bu zaman icra sənədinin icra müddəti icraata başlamaq haqqında qərarın qəbul edildiyi vaxtdan hesablanır. Göründüyü kimi, qanunda nəzərdə tutulmuş qaydada tələbkar X1 icra sənədinin borclu tərəfindən tam icra olunması və icra sənədinə xitam verilməsi barədə ərizəsi əsasında Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun xx.xx.2023-cü il tarixli qərarı ilə icra sənədinə xitam verilsə də, hazırki işin materiallarından və faktiki hallarından görünür ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)- 2558/2023 saylı icra sənədi üzrə borclu tərəfindən nəzərdə tutulmuş hərkətlər yerinə yetirilməmişdir. Məhkəmə hesab edir ki, mövcud vəziyyət Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun xx.xx.2023-cü il tarixli qərarının əsassız olmasına dəlalət edir və hazırki vəziyyətdə icra sənədinə xitam verilməsi üçün hüquqi əsas yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarı ləğv edilməli və xx.xx.2023-cü il tarixli, 2(076)-2558/2023 saylı icra sənədi təkrar icraya yönəldilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 231, 263, 264 və 266–cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Ərizə təmin edilsin. “İcraata xitam verilməsi haqqında” Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarı ləğv edilsin. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-2558/2023 saylı icra sənədi icra edilməsi üçün təkrar icraya yönəldilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nazlı Heydərova
Məhkəmə qərarları › İş №8(076)-24/2025
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №8(076)-24/2025
27.01.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver