Məhkəmə qərarları › İş №8(076)-244/2024

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №8(076)-244/2024

13.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 8(076)-244/2024 13.05.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X2 Mirzağa oğlunun sədrliyi Kazımova Şəhanə Namiq qızının katibliyi Borclu: Borclu iştirakı ilə Şəmkir Rayon Məhkəməsinin 21 noyabr 2019-cu il tarixli 2(076)-3349/2019 saylı icra sənədi üzrə Borclu “Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair” Şəmkir rayon İcra və Probasiya Şöbəsinin təqdimatına açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəmkir Rayon Məhkəməsinin 21 noyabr 2019-cu il tarixli 2(076)-3349/2019 saylı icra sənədinə əsasən Borclu İsa və Səma adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 120 manat sabit pul məbləğində alimentin alınıb Tələbkar verilməsi qət edilmişdir. Hazırda Şəmkir rayon İcra və Probasiya Şöbəsi təqdimatla məhkəməyə müraciət edərək Borclu icra sənədində göstərilən borcunu ödəmədiyini, hazırda da ödəməkdən yayındığını göstərib borclunun ölkədən getmək hüququnun borcunu tamamilə ödəyənədək müvəqqəti məhdudlaşdırılmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı Borclu izahatında göstərdi ki, həqiqətən Şəmkir Rayon Məhkəməsinin 21 noyabr 2019-cu il tarixli 2(076)-3349/2019 saylı icra sənədinə əsasən ondan İsa və Səma adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 120 manat sabit pul məbləğində alimentin alınıb Tələbkar verilməsi qət edilmişdir. Maddi imkanı olmadığından borcunu vaxtında ödəyə bilməsə də, hazırda tələbkara olan aliment borcunu tam şəkildə ödəmiş və tələbkara heç bir borcu qalmamışdır. Odur ki, təqdimatın rədd edilməsini məhkəmədən xahiş edir. İş üzrə Şəmkir rayon İcra və Probasiya Şöbəsinə və tələbkara məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Bununla belə Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 məhkəməyə ərizə ünvanlayaraq göstərmişdir ki, Borclu aliment borcunu 2024-cü ilin aprel ayı da daxil olmaqla, tam şəkildə ödəmişdir. Bu səbəbdən hazırki təqdimatın baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən işə icra məmurunun və tələbkarın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə icra məmurunun ərizəsinə əsasən hesab edir ki, təqdimat icra orqanına geri qaytarılmalıdır. Belə ki, təqdimata əlavə olunmuş sənədlərdən görünür ki Şəmkir rayon Məhkəməsinin 21 noyabr 2019-cu il tarixli 2(076)-3349/2019 saylı icra sənədinə əsasən Borclu İsa və Səma adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 120 manat sabit pul məbləğində alimentin alınıb Tələbkar verilməsi qət edilmişdir. Hazırda isə icra məmuru məhkəməyə yazılı ərizə ünvanlayaraq Borclu aliment borcunu 2024-cü ilin aprel ayı da daxil olmaqla, tam şəkildə ödəməsini göstərmiş və bu səbəbdən təqdimatın baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Odur ki, məhkəmə hesab edir ki, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Şəmkir rayon İcra və Probasiya Şöbəsinin təqdimatına baxılmasına zərurət aradan qalxmış və təqdimat icra orqanına geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-in 231, 263, 264 və 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Borclu “Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair” Şəmkir rayon İcra və Probasiya Şöbəsinin təqdimatı geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar