Məhkəmə qərarları › İş №8(076)-244/2025

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №8(076)-244/2025

17.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 8(076)-244/2025 17.04.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Mən Şəmkir Rayon Məhkəməsinin hakimi X1, iddiaçı Tələbkar cavabdehlər Borclu1, Cabbarova Gülsəfa isaq qızına və Borclu2 qarşı həyətyanı torpaq sahəsinin suvarılması və əkilib-becərilməsi üçün istifadə edilən su borusunun və su yolunun zəbtdən azad edilməsi və əldə çıxmış faydaya görə 20.000 manat məbləğində pul tələbinə dair mülki iş üzrə Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi barədə tələbkarın ərizəsini məhkəmə iclasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı Tələbkar ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Borclu1, Cabbarova Gülsəfa isaq qızına və Borclu2 qarşı həyətyanı torpaq sahəsinin suvarılması və əkilib-becərilməsi üçün istifadə edilən su borusunun və su yolunun zəbtdən azad edilməsi və əldə çıxmış faydaya görə 20.000 manat məbləğində pul tələbinə dair mülki iş üzrə Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Ərizənin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, ərizə qanunvericilikdə nəzərdə tutulmuş zəruri tələblərə əməl edilmədən məhkəməyə verilmişdir. Belə ki, tələbkar Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini xahiş etsə də, iş materiaları ilə müəyyən edilmişdir ki, həmin mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi tərəfindən qətnamə qəbul edilmiş və xx.xx.2012-ci il tarixli 2(104)-33/2012 saylı icra vərəqəsi verilmişdir. Belə olan halda ərizə tələbkara geri qaytarılmalı, ərizəçiyə qeyd olunan nöqsanı aradan qaldıraraq, icra sənədi üzrə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20 və 23-cü maddələri əsasında qəbul edilmiş Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin qərarından müvafiq məhkəməyə şikayət etmək hüququnun, eləcə də, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(104)-33/2012 saylı qətnaməsinin təkrar icraya yönəldilməsi barədə ərizə ilə həmin məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı Tələbkar cavabdehlər Borclu1, Cabbarova Gülsəfa isaq qızına və Borclu2 qarşı həyətyanı torpaq sahəsinin suvarılması və əkilib-becərilməsi üçün istifadə edilən su borusunun və su yolunun zəbtdən azad edilməsi və əldə çıxmış faydaya görə 20.000 manat məbləğində pul tələbinə dair mülki iş üzrə Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi barədə tələbkarın ərizəsi geri qaytarılsın. Tələbkara izah edilsin ki, qeyd olunan nöqsanı aradan qaldıraraq, icra sənədi üzrə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20 və 23-cü maddələri əsasında qəbul edilmiş Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin qərarından müvafiq məhkəməyə şikayət etmək hüququna, eləcə də, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(104)-33/2012 saylı qətnaməsinin təkrar icraya yönəldilməsi barədə ərizə ilə həmin məhkəməyə müraciət etmək hüququna malikdir. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. X3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar