Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 8(076)-246/2023 25.04.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Tanırverdiyev Elnur Mehti oğlunun katibliyi ilə, Şəmkir rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 və Borclu iştirakları ilə Şəmkir Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş “Borclunun əmlakı üzərinə həbs qoyulması haqqında” təqdimata açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Dəyanət Məmmədov təqdimatla məhkəməyə müraciət edərək, Borclu mülkiyyətində olan Şəmkir rayonu, Düyərli kəndində yerləşən ********** qeydiyyat nömrəli və **********60 reyestr nömrəli ümumi sahəsi 0.2263 ha, ********** qeydiyyat nömrəli və **********47 reyestr nömrəli ümumi sahəsi 0.0621 ha, ********** qeydiyyat nömrəli və **********87 reyestr nömrəli ümumi sahəsi 0.2411 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin üzərinə həbs qoyulması məsələsinə baxılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Şəmkir Rayon Məhkəməsininin 2(076)- 5417/2017 saylı xx.xx.2017-ci il tarixli qərara əsasən Borclu 90000 ABŞ dolları, 92 manat və 30 manat dövlət rüsumu alınaraq tələbkar X2 xeyrinə ödənilməlidir. Bununla əlaqədar xx.xx.2018-ci il tarixdə Şəmkir Rayon İcra və Probasiya Şöbəsində başlanılmış icraat zamanı tələbin könüllü icra müddəti ərzində təmin olunması üçün borcluya bildiriş göndərilmiş, lakin nə həmin müddətdə nə də sonrakı dövrdə tələb təmin olunmamışdır. Məcburi icra tədbirləri zamanı Borclu mülkiyyətində olan Şəmkir rayonu, Düyərli kəndində yerləşən ********** qeydiyyat nömrəli və **********60 reyestr nömrəli ümumi sahəsi 0.2263 ha, ********** qeydiyyat nömrəli və **********47 reyestr nömrəli ümumi sahəsi 0.0621 ha, ********** qeydiyyat nömrəli və **********10 reyestr nömrəli ümumi sahəsi 0.0750 ha və ********** qeydiyyat nömrəli və **********87 reyestr nömrəli ümumi sahəsi 0.2411 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin qeydiyyatdan keçdiyi müəyyən edilmişdir. Göstərilənlərin nəzərə alınmsı və icra sənədinin icrası istiqamətində məcburi icra tədbiri kimi borclunun əmlakı üzərinə həbs qoyulmasını xahiş etmişdir. Məhkəmə iclasında Şəmkir Rayon İcra və Probasiya Xidmətinin icra məmuru Dəyanət Məmmədov təqdimatda göstərilənlərlə eyni məzmunlu izahat verərək təqdimatın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Borclu izahatında bildirdi ki, təqdimatda qeyd edilən torpaq sahələrini satdığını bildirərək həmin torpaqların üzərinə həbs qoyulmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə tələbkara lazımi qaydada məlumat verilməsinə baxmayaraq tələbkar X3 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə AR MPM-in 231.2-ci maddəsinə əsasən işə tələbkarın iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı və işə əlavə olunmş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, borcluya bildiriş və xəbərdarlıq göndərilməyinə baxmayaraq, o borclu olduğu məbləği ödəməmişdir. Təqdimata əlavə edilmiş şəxsin kartoçkasının əmlak məlumatları qrafasından görünür ki, Borclu adına Şəmkir rayonu, Düyərli kəndində yerləşən ********** qeydiyyat nömrəli və **********60 reyestr nömrəli ümumi sahəsi 0.2263 ha, ********** qeydiyyat nömrəli və **********47 reyestr nömrəli ümumi sahəsi 0.0621 ha, ********** qeydiyyat nömrəli və **********10 reyestr nömrəli ümumi sahəsi 0.0750 ha və ********** qeydiyyat nömrəli və **********87 reyestr nömrəli ümumi sahəsi 0.2411 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri qeydiyyata alınmışdır. Azərbayca Respublikası MPM-in 236-cı maddəsinə əsasən məhkəmə qətnamənin icrasını bu Məcəllənin 13-cü fəslinə müəyyən olunmuş qaydada təmin edə bilər. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 50.2-ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Həmçinin, icra sənədi ilə müəyyən olunur ki, borcludan cəmi 90000 ABŞ dolları, 92 manat və 30 manat dövlət rüsumunun alınması qət edilmişdir ki, icra məmuru həmin borcun ödənilməsi üçün borcluya məxsus dörd ədəd torpaq sahələrinin üzərinə həbs qoyulmasını məhkəmədən xahiş etmiş, həmin hal isə borcun məbləği ilə uzlaşır. Odur ki, məhkəmə hesab edir ki, Borclu məxsus Şəmkir rayonu, Düyərli kəndində yerləşən ********** qeydiyyat nömrəli və **********60 reyestr nömrəli ümumi sahəsi 0.2263 ha, ********** qeydiyyat nömrəli və **********47 reyestr nömrəli ümumi sahəsi 0.0621 ha, ********** qeydiyyat nömrəli və **********10 reyestr nömrəli ümumi sahəsi 0.0750 ha və ********** qeydiyyat nömrəli və **********87 reyestr nömrəli ümumi sahəsi 0.2411 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin üzərinə həbs qoyulmalıdır. Azərbaycan Respublikası MPM-in 231, 263-269 – cu maddələrini və “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqdimat təmin edilsin. Borclu məxsus Şəmkir rayonu, Düyərli kəndində yerləşən ********** qeydiyyat nömrəli və **********60 reyestr nömrəli ümumi sahəsi 0.2263 ha, ********** qeydiyyat nömrəli və **********47 reyestr nömrəli ümumi sahəsi 0.0621 ha, ********** qeydiyyat nömrəli və **********10 reyestr nömrəli ümumi sahəsi 0.0750 ha və ********** qeydiyyat nömrəli və **********87 reyestr nömrəli ümumi sahəsi 0.2411 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin üzərinə həbs qoyulsun. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №8(076)-246/2023
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №8(076)-246/2023
25.04.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver