Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 8(076)-249/2024 15.05.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X2 Mirzağa oğlunun sədrliyi Kazımova Şəhanə Namiq qızının katibliyi Tələbkar: Tələbkar iştirakı ilə Şəmkir rayon İcra və Probasiya Şöbəsinin borclunun məcburi gətirilməsi haqqında təqdimatına məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəmkir Rayon Məhkəməsinin 23 fevral 2017-ci il tarixli 2(076)-337/2017 saylı qətnaməsi ilə Borclu 53.000 manat pulun və 30 manat dövlət rüsumunun alınıb Tələbkar verilməsi qət edilmişdir. Məhkəmənin həmin qətnaməsi qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Məhkəmə qətnaməsini icra edən Şəmkir rayon İcra və Probasiya Şöbəsi təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, Borclu dəfələrlə rəsmi xəbərdarlıqlar və çağırış vərəqəsi göndərilməsinə baxmayaraq, o, icra sənədində göstərilən tələbləri yerinə yetirmir, habelə icra məmurunun çağırışı ilə icra şöbəsinə gəlməkdən üzürsüz səbəbdən boyun qaçırır. Odur ki, icra şöbəsi Borclu Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi haqda qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tələbkar məhkəmə iclası zamanı izahatında göstərdi ki, borclu Şəmkir Rayon Məhkəməsinin 23 fevral 2017-ci il tarixli 2(076)-337/2017 saylı icra sənədinin icrasını yerinə yetirmir, ona olan borcunu ödəmir, həmçinin icra məmurunun çağırışı ilə icra şöbəsinə gəlmir. Bu səbəbdən icra məmuru hazırki təqdimatla məhkəməyə müraciət etmişdir. Odur ki, təqdimatın təmin edilməsini məhkəmədən xahiş edir. Şəmkir rayon İcra və Probasiya Şöbəsinə və borcluya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən işə icra məmurunun və borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tələbkarln izahatına, təqdimatın dəlillərinə, işdə olan sənədlərə və digər iş materiallarına əsasən hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, təqdimata əlavə olunmuş sənədlərdən görünür ki Şəmkir Rayon Məhkəməsinin 23 fevral 2017-ci il tarixli 2(076)-337/2017 saylı məhkəmə əmri ilə Borclu 53.000 manat pulun və 30 manat dövlət rüsumunun alınıb Tələbkar verilməsi qət edilmiş, lakin borcluya tələbin könüllü icrası haqqında bildiriş, habelə müvafiq xəbərdarlıq edilməsinə baxamayaraq, o öhdəliyini yerinə yetirməmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2–ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Odur ki, məhkəmə hesab edir ki, Borclu Şəmkir Rayon İcra Şöbəsinə məcburi gətirilməlidir. Azərbaycan Respublikası MPM–in 231, 263–269–cu maddələrini və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2–ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqdimat təmin edilsin. Şəmkir rayonu, Qaracəmirli kəndində yaşayan Borclu Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilsin. Qərardadın icrası Şəmkir Rayon Polis Şöbəsinə tapşırılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. X3
Məhkəmə qərarları › İş №8(076)-249/2024
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №8(076)-249/2024
15.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver