Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 8(076)-250/2023 25.04.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Tanırverdiyev Elnur Mehti oğlunun katibliyi ilə, Şəmkir Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş “borclunun əmlakı üzərinə həbs qoyulması barədə” təqdimata açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Xəyal Verdiyev təqdimatla məhkəməyə müraciət edərək Borclu adına “VAZ 21063” minik markalı **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasını xahiş etmişdir. Şəmkir Rayon İcra və Probasiya Şöbəsi borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)-217/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Borclu 5349 manat məbləğində pul və 30 manat dövlət rüsumu alnaraq tələbkar X1 ödənilməlidir. İcra sənədi xx.xx.2020-ci il tarixdə Şəmkir rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Hazırda icra səndi üzrə 5349 manat məbləğində pul və 30 manat dövlət rüsumu təşkil edir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətinin yoxlamaq məqsədilə müvafiq təşkilatlara sorğular göndərilmişdir. Belə ki, “Elektron icra “ informasiya sistemindən çıxarışa əsasən müəyyən olunmuşdur ki, Borclu adına “VAZ 21063” minik markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır və həmin avtomobilin üzərinə həbs qoyulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri bardə lazımı qaydada məlumat verilməsinə baxmayaraq icra məmuru, borclu və tələbkar üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə AR MPM-in 231.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatın dəlillərinə, işdə olan səədlərə və digər iş materiallarına əsasən hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, təqdimata əlavə olunmuş Şəmkir Rayon Məhkəməsinin 2(076)-217/2020 saylı xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh Borclu 5.349 manat məbləğində pul və ödənilmiş dövlət rüsumu alınıb iddiaçı X1 verilməsi qərara alınmışdır. Təqdimata əlavə olunmuş Şəmkir rayon İcra və Probasiya Şöbəsinin “icraata başlamaq haqqında” xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(076)-217/2020 saylı icra sənədi icraya yönəlmiş və xx.xx.2020-ci il tarixdə icraata qəbul olunmuşdur. Təqdimata əlavə olunmuş Şəmkir Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Borclu ünvanlanmış xx.xx.2020-ci il tarixli, 50502/2020-10 saylı “tələbin könüllü icrası haqqında” bildirişindən görünür ki, borcluya icra sənədində göstərilən tələbi 10 gün ərzində könüllü icra etməyi təklif etmiş, əks təqdirdə tələbin məcburi icra ediləcəyi bildirilmişdir. Təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, Borclu məxsus olan “VAZ 21063” minik markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı minik avtomobili müəyyən edilmişdir. Beləliklə təqdimatdan və ona əlavə edilmiş sənədlərdən müəyyən olunmuşdur ki, Borclu sözügedən icra sənədi üzrə Şəmkir rayon İcra və Probasiya Şöbəsinin “tələbin könüllü icrası haqqında” bildirişində göstərilən tələbi üzrlü səbəb olmadan icra etməmiş və ona edilmiş xəbərdarlığa məhəl qoymadan icra sənədində göstərilən tələbi yerinə yetirməkdən boyun qaçırmışdır. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 44.1.3-cü maddəsinə əsasən könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərin tətbiqinin əsası ola bilər. Həmin qanunun 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiridir. Məhkəmə iş materiallarını nəzərdən keçirirək hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməli və Borclu məxsus olan “VAZ 21063” minik markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin üzərinə həbs qoyulmalıdır. Azərbaycan Respublikası MPM-nin 263-269-cu maddələrini, “İcra Haqqında” Azərbaycan Respublikasl Qanununun 43.1.1 və 44.1.3-cü maddələrini və “Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsini rəhbər tutaraq QƏRARA ALDİ : Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin təqdimatı təmin edilsin. Borclu məxsus olan “VAZ 21063” minik markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin üzərinə həbs qoyulsun. Qərardaddan 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №8(076)-250/2023
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №8(076)-250/2023
25.04.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver