Məhkəmə qərarları › İş №8(076)-254/2023

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №8(076)-254/2023

25.04.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 8(076)-254/2023 25.04.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Tanırverdiyev Elnur Mehti oğlunun katibliyi ilə, Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4, Borclu nümayəndəsi X5 və tələbkar X1 iştirakları ilə, Şəmkir Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş “borclunun əmlakı üzərinə qoyulmuş həbsin götürülməsi barədə” təqdimata açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Xəyal Verdiyev təqdimatla məhkəməyə müraciət edərək, Borclu məxsus qeyd olunan torpaq sahəsinin üzərinə qoyulmuş həbsin götürülməsi məsələsinə baxılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)-3554/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən Borclu 1927 manat məbləğində pul və 30 manat dövlət rüsumu alınaraq tələbkar X2 verilməlidir. Bununla əlaqədar xx.xx.2017-ci il tarixdə Şəmkir Rayon İcra və Probasiya Şöbəsində başlanılmış icraat zamanı icra məmurunun təqdimatına əsasən 8(076)247/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadına əsasən Borclu aid hissədə (1/7) üzərinə həbs qoyulmuşdur. Üzərinə həbs qoyularaq qiymətləndirilmiş torpaq sahəsi tələbkar X3 tərəfindən hərrac vasitəsilə satın alınmışdır. Şəmkir Rayon Məhkəməsinin 2(076)-3554/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar zərurət aradan qaldırılmışdır və Borclu məxsus Şəmkir rayonu, Qaracəmirli kəndində yerləşən JN-222 qeydiyyat nömrəli, KOD-50407018 reyestr nömrəli, 3.90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Borclu aid hissədə (1/7) üzərindən həbsin götürülməsi məqsədə uyğun hesab edilir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, borclu məhkəmə iclasına gəlməmişdir, lakin icra məmuru, borclunun nümayəndəsi və tələbkar məhkəmə iclasında iştirak etmişlər. Məhkəmə AR MPM-in 231.2-ci maddəsinə əsasən işə borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Xəyal Verdiyev təqdimatın məzmuna uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında borclunun nümayəndəsi Gülnaz Namazova təqdimatın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında tələbkar Güləhməd Xasıyev təqdimatın təmin edilməsini xahiş etmişdir. Məhkəmə, təqdimatı və ona əlavə olunmş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Şəmkir Rayon Məhkəməsi tərəfindən verilmiş 11 avqust 2017-ci il tarixli 2(076)-3554/2017 saylı icra vərəqəsindən görünür ki, cavabdeh Borclu 427 manat nəğd pul, üç baş ana qoyun, iki baş erkək qoç və iki baş üç aylıq quzu naturada, qətnamə icra olunan vaxt mövcud olmadıqda onların dəyəri olan 1500 manata olmaqla, cəmi 1927 manat məbləğində pul və 30 manat məbləğində dölət rüsumu alınıb iddiaçı X2 verilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardaddan görünür ki, JN -222 qeydiyyat nömrəli və KOD 50407018 reyestr nömrəli Dövlət Aktı əsasında Borclu və ailə üzvlərinin mülkiyyətinə verilmiş və Şəmkir rayonu Qaracəmirli kəndində yerləşən 3.90 ha torpaq sahəsinin Borclu aid hissədə üzərinə həbs qoyulmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli X7 barədə 70/23 №-li Protokoldan görünür ki, üzərinə həbs qoyularaq qiymətləndirilmiş torpaq sahəsi tələbkar X3 vasitəsilə satın alınmışdır. İcra haqqında Azərbaycan Respublikasının Qanununun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, hazırki vəziyyətdə borclunun əmlakı üzərinə həbs qoyulması üçün əsaslar aradan qalxdığından, təqdimat təmin olunmalı, icra sənədi üzrə Borclu məxsus qeyd olunan torpaq sahəsinin üzərinə qoyulmuş həbs götürülməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Тəqdimat təmin edilsin. Şəmkir rayon Məhkəməsinin 2(076)-3554/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədi üzrə JN-222 qeydiyyat nömrəli və KOD 50407018 reyestr nömrəli Dövlət Aktı əsasında Borclu və ailə üzvlərinin mülkiyyətinə verilmiş və Şəmkir rayonu Qaracəmirli kəndində yerləşən 3.90 ha torpaq sahəsinin Borclu aid hissədə torpaq sahəsinin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar