Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 8(076)-266/2024 16.05.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X10 Mirzağa oğlunun sədrliyi Kazımova Şəhanə Namiq qızının katibliyi Borclu: X4 nümayəndəsi Vəkil iştirakı ilə X1 nümayəndəsi Vəkil Şəmkir Rayon Məhkəməsinin 13 avqust 2021–ci il tarixli 2(076)-2100/2021 saylı qətnaməsinin icrasına möhlət verilməsinə və ya qətnamənin hissəhissə icra edilməsinə dair ərizəsi üzrə işə məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəmkir Rayon Məhkəməsinin 13 avqust 2021–ci il tarixli 2(076)-2100/2021 saylı qətnaməsi ilə iddiaçı Tələbkar cavabdeh X5 qarşı pul tələbinə dair iddiası təmin edilərək, X3 31.400 manat pulun və 30 manat dövlət rüsumunun alınıb Tələbkar verilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmiş və icra edilməsi üçün Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Hazırda X2 nümayəndəsi Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, qətnamənin icrasına 06 ay müddətinə möhlət verilməsini və ya qətnamənin hissə-hissə icra edilməsini məhkəmədən xahiş etmişdir. Borclunun nümayəndəsi ərizəni belə əsaslandırmışdır ki, borclu hazırda məhkəmənin 13 avqust 2021–ci il tarixli 2(076)-2100/2021 saylı qətnaməsini icra edə bilmir. Belə ki, borclu fərdi əməklə məşğul olur və rəsmi iş yeri yoxdur. Bu səbəbdən maddi vəziyyəti yaxşı deyil və borcunu birdəfəyə ödəyə bilmir. Odur ki, Şəmkir Rayon Məhkəməsinin 13 avqust 2021–ci il tarixli 2(076)-2100/2021 saylı qətnaməsinin icrasına 06 ay müddətində möhlət verilməsini və ya qətnamənin hissə-hissə icra edilməsini məhkəmədən xahiş etmişdir. X2 nümayəndəsi Vəkil məhkəmə iclası zamanı ərizənin dəlillərini müdafiə edərək göstərdi ki, Şəmkir Rayon Məhkəməsinin 13 avqust 2021–ci il tarixli 2(076)-2100/2021 saylı qətnaməsi ilə cavabdeh X3 31.400 manat pulun və 30 manat dövlət rüsumunun alınıb iddiaçı Tələbkar verilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmiş və icra edilməsi üçün Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Lakin təmsil etdiyi şəxsin borcu birdəfəyə ödəməyə maddi imkanı yoxdur. Belə ki, borclu heç bir yerdə işləmir və maddi cəhətdən çətinlik çəkir. Bununla belə qətnamənin icrasına 06 ay möhlət verilərsə və ya qətnamənin hissə-hissə icra edilməsinə şərait yaradılarsa, borclu borcundan ödənişlər edə bilər. Odur ki, Şəmkir Rayon Məhkəməsinin 13 avqust 2021–ci il tarixli 2(076)-2100/2021 saylı qətnaməsinin icrasına 06 ay müddətində möhlət verilməsini və ya qətnamənin hissə-hissə icra edilməsini məhkəmədən xahiş edir. Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə və tələbkara məhkəmə iclasının vaxtı və yeri haqda lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri haqda məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM–in 231.2–ci maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə borclunun nümayəndəsinin izahatını, iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək hesab edir ki, ərizə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan Şəmkir Rayon Məhkəməsinin 13 avqust 2021–ci il tarixli 2(076)- 2100/2021 saylı qətnaməsindən görünür ki, cavabdeh X3 31.400 manat pulun və 30 manat dövlət rüsumunun alınıb iddiaçı Tələbkar verilməsi qət edilmişdir. İşdə olan Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, Şəmkir Rayon Məhkəməsinin 13 avqust 2021–ci il tarixli 2(076)-2100/2021 saylı qətnaməsi ləğv edilmiş və iş baxılması üçün aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası MPM–in 231.1–ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə–hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Həmin Məcəllənin 231.2–ci maddəsinə əsasən həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Yuxarıda qeyd olunan qanun normasından görünür ki, yalnız işə baxmış hakimin qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə–hissə icra etdirməyə haqlı olması nəzərdə tutulmuşdur. Hazırki iş materialları ilə müəyyən edilir ki, borclunun nümayəndəsi Vəkil Şəmkir Rayon Məhkəməsinin 13 avqust 2021–ci il tarixli 2(076)-2100/2021 saylı qətnaməsinin icrasına möhlət verilməsini və ya qətnamənin hissə-hissə icra edilməsini xahiş etsə də, həmin qətnamə Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı əsasında ləğv edilmiş və iş baxılması üçün aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. Bununla da müəyyən edilir ki, işə yekun olaraq Gəncə Kommersiya Məhkəməsində baxılmış, buna baxmayaraq borclu tərəf qətnamənin icrasına möhlət verilməsi və ya qətnamənin hissə-hissə icra edilməsi barədə ərizə ilə Şəmkir Rayon Məhkəməsinə müraciət etmişdir. Göründüyü kimi hazırki ərizə onun üçün prosessual qanunvericiliklə müəyyən olunmuş zəruri tələblərin pozulması ilə Şəmkir Rayon Məhkəməsinə verilmişdir. Həmçinin, nəzərə alınmalıdır ki, Şəmkir Rayon Məhkəməsinin 13 avqust 2021–ci il tarixli 2(076)-2100/2021 saylı qətnaməsi ləğv edilmiş, hazırda həmin qətnamə mövcud deyildir. Belə olan halda ləğv edilmiş qətnamənin icrası ilə bağlı ərizəyə baxılması əsaslı və qanuni sayıla bilməz. Ona görə də məhkəmə hesab edir ki, X2 nümayəndəsi Vəkil qətnamənin icrasına möhlət verilməsinə və ya qətnamənin hissə–hissə icra edilməsinə dair ərizəsi təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–nin 231, 263, 264 və 266–268–ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: X2 nümayəndəsi Vəkil Şəmkir Rayon Məhkəməsinin 13 avqust 2021–ci il tarixli 2(076)-2100/2021 saylı qətnaməsinin icrasına möhlət verilməsinə və ya qətnamənin hissə–hissə icra edilməsinə dair ərizəsi təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. X11
Məhkəmə qərarları › İş №8(076)-266/2024
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №8(076)-266/2024
16.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver