Məhkəmə qərarları › İş №8(076)-266/2025

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №8(076)-266/2025

02.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 8(076)-266/2025 02.05.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X1 Mirzağa oğlunun sədrliyi Quluyeva Zərnişan Firdovsi qızının katibliyi Tələbkar: Tələbkar iştirakı ilə Şəmkir Rayon Məhkəməsinin 05 mart 2025-ci il tarixli 2(076)-216/2025 saylı icra sənədi üzrə Borclu “Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair” Şəmkir rayon İcra və Probasiya Şöbəsinin təqdimatına açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəmkir Rayon Məhkəməsinin 05 mart 2025-ci il tarixli 2(076)-216/2025 saylı icra sənədinə əsasən Borclu Möhsün, Mədinə və Fatimə adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,43 misli həddində sabit pul məbləğində alimentin alınıb Tələbkar verilməsi qət edilmişdir. Şəmkir rayon İcra və Probasiya Şöbəsi təqdimatla məhkəməyə müraciət edərək Borclu icra sənədində göstərilən borcu ödəmədiyini, hazırda da ödəməkdən yayındığını göstərib borclunun ölkədən getmək hüququnun borcunu tamamilə ödəyənədək müvəqqəti məhdudlaşdırılmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı Tələbkar göstərdi ki, Borclu təyin edilmiş alimenti hər ay vaxtlı-vaxtında ödəyir və heç bir aliment borcu yoxdur. Həmçinin, icra məmuru onu heç vaxt icra şöbəsinə dəvət etməmişdir. Bu səbəbdən Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını istəmir. Odur ki, təqdimatı əsassız hesab edir və təmin edilməməsini məhkəmədən xahiş edir. İş üzrə Şəmkir rayon İcra və Probasiya Şöbəsinə və borcluya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən işə icra məmurunun və borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tələbkarın izahatına, təqdimatın dəlillərinə, işdə olan sənədlərə və digər iş materiallarına əsasən hesab edir ki, təqdimat təmin edilməməlidir. Belə ki, təqdimata əlavə olunmuş sənədlərdən görünür ki Şəmkir Rayon Məhkəməsinin 05 mart 2025-ci il tarixli 2(076)-216/2025 saylı icra sənədinə əsasən Borclu Möhsün, Mədinə və Fatimə adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,43 misli həddində sabit pul məbləğində alimentin alınıb Tələbkar verilməsi qət edilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Borclu tələbkara heç bir aliment borcu yoxdur və təyin təyin edilmiş alimenti hər ay vaxtlı-vaxtında ödəyir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Halbuki, hazırki vəziyyətdə Borclu icra sənədində göstərilən tələbləri icra etməməsi halı müəyyən edilməmişdir. Bu isə onu deməyə əsas verir ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına zərurət və əsaslar yoxdur. Beləliklə, məhkəmə işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını nəzərdən keçirərək hesab edir ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair hazırki təqdimat təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264 və 266-268-ci maddələrini və «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun 84-1-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəmkir Rayon Məhkəməsinin 05 mart 2025-ci il tarixli 2(076)-216/2025 saylı icra sənədinin icrası ilə əlaqədar Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin təqdimatı təmin edilməsin. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. X2

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar