Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 8(076)-276/2025 07.05.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X1 Mirzağa oğlunun sədrliyi Quluyeva Zərnişan Firdovsi qızının katibliyi Tələbkar: Tələbkar Borclu: Borclu iştiakı ilə İddiaçı Tələbkar cavabdeh Borclu qarşı atalığın müəyyən edilməsi və alimentin sabit pul məbləğində tutulması tələbinə dair mülki iş üzrə icra sənədinin qaytarılması barədə Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və Şəmkir Rayon Məhkəməsinin 20 iyun 2019-cu il tarixli 2(076)-2164/2019 saylı icra sənədinin təkrar icraya yönəldilməsi barədə tələbkarın ərizəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Şəmkir Rayon Məhkəməsinin 20 iyun 2019-cu il tarixli 2(076)-2164/2019 saylı qətnaməsi ilə iddiaçı Tələbkar cavabdeh Borclu qarşı atalığın müəyyən edilməsi və alimentin sabit pul məbləğində tutulması tələbinə dair iddiası qismən təmin edilərək, Borclu xx.xx.2015–ci il tarixdə doğulmuş Sevgi və xx.xx.2018–ci il tarixdə doğulmuş Ümid adlı uşaqların atası hesab edilməsi, 05 may 2019–cu il tarixdən başlayaraq, həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Borclu hər ay hər uşaq üçün 100 (bir yüz) manat sabit pul məbləğində alimentin tutulub iddiaçı Tələbkar verilməsi qət edilmiş, qətnamə qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmişdir. Bundan sonra “İcra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında” Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli qərarı ilə həmin icra sənədi məhkəməyə qaytarılmışdır. Hazırda yuxarıda qeyd olunan icra sənədi üzrə Tələbkar ərizə ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini və Şəmkir Rayon Məhkəməsinin 20 iyun 2019-cu il tarixli 2(076)-2164/2019 saylı qətnaməsinin təkrar icraya yönəldilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı Tələbkar məhkəməyə ərizə təqdim edərək, hazırki ərizəsi üzrə dəqiqləşməli bəzi məsələlər olmasını bildirmiş və bu səbəbdən ərizəsinə baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı Borclu hazırki ərizənin qaytarılmasına etiraz etmədiyini bildirdi. Şəmkir rayon İcra və Probasiya Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada lazımi məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə icra orqanının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizənin dəlillərinə, işdə olan sənədlərə və digər iş materiallarına əsasən hesab edir ki, hazırki ərizə baxılmadan geri qaytarılmalıdır. Belə ki, işdə olan və tələbkar tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o, ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Odur ki, məhkəmə hesab edir ki, icra sənədinin qaytarılması barədə Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və Şəmkir Rayon Məhkəməsinin 20 iyun 2019-cu il tarixli 2(076)-2164/2019 saylı icra sənədinin təkrar icraya yönəldilməsi barədə tələbkarın ərizəsi geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 266cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : İddiaçı Tələbkar cavabdeh Borclu qarşı atalığın müəyyən edilməsi və alimentin sabit pul məbləğində tutulması tələbinə dair mülki iş üzrə icra sənədinin qaytarılması barədə Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və Şəmkir Rayon Məhkəməsinin 20 iyun 2019-cu il tarixli 2(076)-2164/2019 saylı icra sənədinin təkrar icraya yönəldilməsi barədə tələbkarın ərizəsi və ona əlavə edilmiş sənədlər Tələbkar geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. X2
Məhkəmə qərarları › İş №8(076)-276/2025
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №8(076)-276/2025
07.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver