Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 8(076)-277/2025 30.04.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X1 Mirzağa oğlunun sədrliyi Kazımova Şəhanə Namiq qızının katibliyi ilə Şəmkir rayon İcra və Probasiya Şöbəsinin borclunun əmlakının həbsdən azad edilməsi haqqında təqdimatına məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(115)-421/2021 saylı icra sənədinə əsasən Borclu və qeyrisindən cəmi 2.400,87 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun alınıb Tələbkar MMC-yə verilməsi qət edilmiş, həmin qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Şəmkir rayon İcra və Probasiya Şöbəsinin təqdimatı əsasında Borclu məxsus olan və Şəmkir şəhərində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsinin üzərinə məhkəmə qərardadı əsasında həbs qoyulmuşdur. Hazırda Şəmkir rayon İcra və Probasiya Şöbəsi məhkəməyə borclunun əmlakının həbsdən azad edilməsi barədə təqdimat verərək göstərmişdir ki, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(115)-421/2021 saylı icra sənədinin icrası ilə bağlı zərurət aradan qalxmışdır. Bu səbəbdən həyətyanı torpaq sahəsinin üzərinə qoyulmuş həbsin götürülməsini məhkəmədən xahiş etmişdir. Həmçinin, Şəmkir rayon İcra və Probasiya Şöbəsi eyni tarixdə məhkəməyə əlavə ərizə ünvanlayaraq, təqdimata baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə, ərizənin dəlillərinə, işdə olan sənədlərə və digər iş materiallarına əsasən hesab edir ki, təqdimat baxılmadan geri qaytarılmalıdır. Belə ki, işdə olan və Şəmkir rayon İcra və Probasiya Şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, təqdimatın geri qaytarılması xahiş edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, borclunun əmlakının həbsdən azad edilməsi haqqında təqdimat və ona əlavə edilmiş sənədlər Şəmkir rayon İcra və Probasiya Şöbəsinə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 266cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Borclunun əmlakının həbsdən azad edilməsi haqqında təqdimat və ona əlavə edilmiş sənədlər Şəmkir rayon İcra və Probasiya Şöbəsinə geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. X2
Məhkəmə qərarları › İş №8(076)-277/2025
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №8(076)-277/2025
30.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver