Məhkəmə qərarları › İş №8(076)-284/2023

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №8(076)-284/2023

12.05.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 8(076)-284/2023 12.05.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Məhkəmə iclas katibi Heydarov Cəmil Elxan oğlunun katibliyi, X1 iştirakı ilə X1 Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin 16 may 2018-ci il tarixli qərarının ləğv olunmasına dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X2 ərizə ilə məhkəməyə müraciət edərək, Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin 16 may 2018-ci il tarixli qərarının ləğv olunmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. X6 ərizəsini onunla əsaslandırmışdır ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)- 5280/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsi ilə cavabdeh X3 üç uşağın saxlanması üçün hər ay hər uşağa 100 manat olmaqla aliment tutulması qət edilib icraya yönləndirilmişdir. Daha sonra tələbkar cavabdehlə barışmış və alimentin dayandirilmasını xahiş etmişdir. Hazırda tələblar cavabdehlə ayrılmışdır. Ona görə də icra məmurunun qərarının ləğv edilib həmin işin yenidən icraya yönləndirilməsini xahiş edir. Məhkəmə iclasında X2 ərizəsini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə, borclu X5 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada lazımi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə icra orqanının nümayəndəsinin və borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, icra məmurunun qeyd edilən qərarını və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, icra sənədi üzrə icraata xitam verilməsi barədə xx.xx.2018-ci il tarixli qərar ləğv edilməli, icra sənədi hərəkətlərinin davam etdirilməsi üçün yenidən Şəmkir Rayon İcra və Probasiya şöbəsinə göndərilməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1-ci maddəsinə əsasən icra sənədi üzrə icraata aşağıdakı hallarda xitam verilir: 20.1.1. məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə; 20.1.2. məhkəmə tələbkar ilə borclu arasında barışıq sazişini təsdiq etdikdə; 20.1.3. tələbkar və ya borclu öldükdə, ölmüş elan edildikdə və ya xəbərsiz itkin düşmüş hesab edildikdə, əgər məhkəmə və ya digər orqanın qərarı ilə müəyyən edilmiş tələblər və ya vəzifələr həmin şəxsin vərəsəsinə və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun əmlakını idarə edən şəxsə keçə bilməzsə; 20.1.4. icra sənədinin verilməsi üçün əsas olmuş məhkəmə və ya digər orqanın qərarı və yaxud qanuna görə icra sənədi sayılan sənəd ləğv edildikdə; 20.1.4-1. qanun əsasında borclunun dövlətə olan borcu silindikdə 20.1.5. icra sənədi tam icra olunduqda. Qeyd edilən qanunvericilik normasına əsasən məhkəmə qeyd edir ki, tərəflərin qarşılıqlı razılığa gəlməsi ilə əlaqədar icra məmuru o halda icra sənədi üzrə icraata xitam verilməsi barədə qərar qəbul edə bilərdi ki, məhkəmə tələbkar ilə borclu arasında barışıq sazişini təsdiq etsin və ya tələbkarın tələbdən imtinasını qəbul etsin. Hazırki icra sənədi üzrə isə məhkəmənin tələbkarın tələbindən imtina etməsini qəbul etməsi və ya tərəflərin barışıq sazişini təsdiq etməsi halı mövcud deyildir. Ona görə də məhkəmə hesab edir ki, icra məmuru tələbkarın ərizəsini nəzərə alaraq, icra sənədi üzrə icraata xitam verməsi “İcra haqqında” Qanunun tələblərinə uyğun olmamışdır. “İcra Haqqında” Qanunun 20.4-cü maddəsinə əsasən icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı daxil olduqdan sonra məhkəmə 10 gün müddətində həmin qərarın bu Qanunun tələblərinin pozulmaqla qəbul edilməsini müəyyən edərsə həmin qərarı ləğv edir. Odur ki, məhkəmə hesab edir ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)-5280/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə icraata xitam verilməsi haqqında Şəmkir Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ləğv edilməli, icra sənədi icra hərəkətlərinin davam etdirilməsi üçün Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə göndərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəmkir Rayon Məhkəməsinin 2(076)-5280/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin 16 may 2018-ci il tarixli qərarı ləğv edilsin. Şəmkir Rayon Məhkəməsinin 2(076)-5280/2016 saylı xx.xx.2016-cı il tarixli icra sənədi icra hərəkətlərinin davam etdirilməsi üçün Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə göndərilsin. Alimentin tutulması xx.xx.2023-cü il tarixdən hesablansın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar