Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 8(076)-288/2023 03.05.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Tanırverdiyev Elnur Mehti oğlunun katibliyi ilə, Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, Borclu iştirakları ilə, Şəmkir Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş “borclunun əmlakı üzərinə qoyulmuş həbsin götürülməsi barədə” təqdimata açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Elşən Əliyev təqdimatla məhkəməyə müraciət edərək, Borclu məxsus “VAZ-21074” minik markalı **-CE-*** dövlət nömrə nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi məsələsinə baxılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)-3361/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən Borclu və X1 4657.43 manat borc və 25 manat dövlət rüsumu alınaraq tələbkar "xxxx" QSC-yə ödənilməlidir. Bununla əlaqədar xx.xx.2018-ci il tarixdə Şəmkir Rayon İcra və Probasiya Şöbəsində başlanılmış icraat zamanı icra məmurunun təqdimatına əsasən Şəmkir Rayon Məhkəməsinin 8(076)-94/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə Borclu məxsus “ VAZ 21074” minik markalı **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Şəmkir Rayon Məhkəməsinin 8(076)- 94/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədinin icrası ilə bağlı yaranmış zərurət aradan qaldırılmışdır və buna görə də Borclu məxsus “VAZ 21074” minik markalı **-CE-*** dövlət qeydiyyat nişanlı avtomaşının üzərindən həbsin götürülməsini məqsədəuyğun hesab edilir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, tələbkarın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir, lakin icra məmuru və borclu məhkəmə iclasında iştirak etmişlər. Məhkəmə AR MPM-in 231.2-ci maddəsinə əsasən işə tələbkarın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Elşən Əliyev təqdimatın məzmuna uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Borclu təqdimatın təmin edilməsini xahiş etmişdir. Məhkəmə, təqdimatı və ona əlavə olunmş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardaddan görünür ki, Borclu adına “VAZ 21074” minik markalı **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, tələbkar AccessBank QSC tərəfindən Borclu güzəşt edilərək ümumilikdə 2800 manat ödənilməklə borc bəbləği bağlandığından icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmişlər. İcra haqqında Azərbaycan Respublikasının Qanununun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, hazırki vəziyyətdə borclunun əmlakı üzərinə həbs qoyulması üçün əsaslar aradan qalxdığından, təqdimat təmin olunmalı, icra sənədi üzrə Borclu məxsus “VAZ 21074” minik markalı **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Тəqdimat təmin edilsin. Şəmkir rayon Məhkəməsinin 2(076)-3361/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədi üzrə Borclu məxsus « VAZ 21074 » minik markalı **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №8(076)-288/2023
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №8(076)-288/2023
03.05.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver