Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 8(076)-29/2025 22.01.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Şəmkir Rayon Məhkəməsinin hakimi Məhəmmədi Həvayət Kəmaləddin qızı, Niiftalıyev Kənan Nazim oğlunun katibliyi ilə, X2 iştirakı ilə, İddiaçı X2, Cavabdeh qarşı “ atalığın müəyyən edilməsi və aliment” tələbinə dair iş üzrə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(076)-140/2019 saylı icra sənədinin təkrar icraya yönəldilməsi barədə iddiaçı X2 ərizəsinə baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı X2, Cavabdeh qarşı “atalığın müəyyən edilməsi və aliment” tələbinə dair iddiası Şəmkir Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(076)-140/2019 saylı qətnaməsi ilə qismən təmin edilmişdir. Hazırda yuxarıda qeyd olunan icra sənədi üzrə X1 ərizə ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(076)-140/2019 saylı qətnaməsinin icraya yönəldilməsini məhkəmədən xahiş etmişdir. X1 ərizəsində göstərmişdir ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(076)-140/2019 saylı qətnaməsi ilə sabiq əri Cavabdeh iki azyaşlı uşaqların saxlanılması üçün hər ay bir uşağa görə 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi qət edilmiş və icrası Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilmişdir. Odur ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(076)-140/2019 saylı qətnaməsinin məcburi qaydada icraya yönəldilməsini xahiş etmişdir. Məhkəmə iclasında X1 ərizəsində göstərdiklərinə uyğun ifadə verərək ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə tələbkarın ərizəsini və ifadəsini, işdə olan sənədləri nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına qiymət verərək hesab edir ki, tələbkarın ərizəsi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(076)-140/2019 saylı qətnaməsi Şəmkir Rayon Məhkəməsinə qaytarılmışdır. Azərbaycan Respublikası MPM-nin 15.2–ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İcra Haqqında Qanununun 2.1–ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin Qanunun 23.3-cü maddəsinə əsasən İcra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar icra qeydinin icrası üçün yenidən aidiyyəti icra qurumuna müraciət edə bilər. Bu hallarda icra qurumu icra qeydini icraata qəbul etməli və bu Qanunla nəzərdə tutulan tədbirləri görməlidir. Belə olan halda məhkəmə hesab edir ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(076)-140/2019 saylı icra sənədi üzrə 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdığından tələbkarın ərizəsi təmin edilməli, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(076)-140/2019 saylı icra sənədi yenidən icraya yönəldilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 231, 263, 264 və 266–cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Ərizə təmin edilsin. İddiaçı X2, Cavabdeh qarşı “atalığın müəyyən edilməsi və aliment” tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(076)-140/2019 saylı icra sənədi icra edilməsi üçün yenidən icraya yönəldilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №8(076)-29/2025
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №8(076)-29/2025
22.01.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver