Məhkəmə qərarları › İş №8(076)-296/2023

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №8(076)-296/2023

23.05.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 8(076)-296/2023 23.05.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Tanırverdiyev Elnur Mehti oğlunun katibliyi ilə, Şəmkir rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 iştirakları ilə Şəmkir Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş “borclunun əmlak üzərinə həbs qoyulması haqqında” təqdimata açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Elşən Əliyev təqdimatla məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2-2(103)- 980/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu MMC-yə məxsus “Ekskavator Volvo EC-290” markalı, 10-D-714 dövlət qeydiyyat nişanlı, “Ekskavator Volvo EC480DL” markalı, 10-Z-116 dövlət qeydiyyat nişanlı, Ekskavator Volvo EC480DL” markalı 10-S-727 dövlət qeydiyyat nişanlı, “X2 L150F” markalı, 10-U-919 dövlət qeydiyyat nişanlı, “X2 L180G” markalı, 10-S-723 dövlət qeydiyyat nişanlı və “X2 L150G markalı, 90-L- 648 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin üzərinə həbs qoyulmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsininin 22-2(103)- 980/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Borclu MMC-dən 1153390.04 manat məbləğində pul alınaraq tələbkar “"xxxx" MMC-yə ödənilməlidir. Bununla əlaqədar xx.xx.2023-cü il tarixdə Şəmkir Rayon İcra və Probasiya Şöbəsində başlanılmış icraat zamanı tələbin könüllü icra müddəti ərzində təmin olunması üçün borcluya bildiriş göndərilmiş, lakin nə həmin müddətdə nə də sonrakı dövrdə tələb təmin olunmamışdır. Məcburi icra tədbirləri zamanı Borclu MMC-nin “Ekskavator Volvo EC-290” markalı, 10-D-714 dövlət qeydiyyat nişanlı, “Ekskavator Volvo EC480DL” markalı, 10-Z-116 dövlət qeydiyyat nişanlı, Ekskavator Volvo EC480DL” markalı 10-S-727 dövlət qeydiyyat nişanlı, “X2 L150F” markalı, 10-U-919 dövlət qeydiyyat nişanlı, “X2 L180G” markalı, 10-S-723 dövlət qeydiyyat nişanlı və “X2 L150G markalı, 90-L-648 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri vardır. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Məhkəmə iclasında Şəmkir Rayon İcra və Probasiya Xidmətinin icra məmuru Elşən Əliyev təqdimatda göstərilənlərlə eyni məzmunlu izahat verərək təqdimatın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə borclu və tələbkara lazımi qaydada məlumat verilməsinə baxmayaraq Borclu MMC və tələbkar "xxxx" MMC-nin nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə AR MPM-in 231.2-ci maddəsinə əsasən işə borclu və tələbkarın iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı və işə əlavə olunmş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, borcluya bildiriş və xəbərdarlıq göndərilməyinə baxmayaraq, o borclu olduğu məbləği ödəməmişdir. Təqdimata əlavə edilmiş şəxsin kartoçkasının əmlak məlumatları qrafasından görünür ki, Borclu MMC-nin adına “Ekskavator Volvo EC-290” markalı, 10-D-714 dövlət qeydiyyat nişanlı, “Ekskavator Volvo EC480DL” markalı, 10-Z-116 dövlət qeydiyyat nişanlı, Ekskavator Volvo EC480DL” markalı 10-S-727 dövlət qeydiyyat nişanlı, “X2 L150F” markalı, 10-U-919 dövlət qeydiyyat nişanlı, “X2 L180G” markalı, 10-S-723 dövlət qeydiyyat nişanlı və “X2 L150G markalı, 90-L-648 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri qeydiyyata alınmışdır. Azərbayca Respublikası MPM-in 236-cı maddəsinə əsasən məhkəmə qətnamənin icrasını bu Məcəllənin 13-cü fəslinə müəyyən olunmuş qaydada təmin edə bilər. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 50.2-ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Həmçinin, icra sənədi ilə müəyyən olunur ki, cavabdeh Borclu MMC-dən 1153390.04 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir ki, icra məmuru həmin borcun ödənilməsi üçün borcluya məxsus “Ekskavator Volvo EC-290” markalı, 10-D-714 dövlət qeydiyyat nişanlı, “Ekskavator Volvo EC480DL” markalı, 10-Z-116 dövlət qeydiyyat nişanlı, Ekskavator Volvo EC480DL” markalı 10-S-727 dövlət qeydiyyat nişanlı, “X2 L150F” markalı, 10-U-919 dövlət qeydiyyat nişanlı, “X2 L180G” markalı, 10-S-723 dövlət qeydiyyat nişanlı və “X2 L150G markalı, 90-L-648 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin üzərinə həbs qoyulmasını məhkəmədən xahiş etmiş, həmin hal isə borcun məbləği ilə uzlaşır. Odur ki, məhkəmə hesab edir ki, Borclu MMC-yə məxsus “Ekskavator Volvo EC-290” markalı, 10-D-714 dövlət qeydiyyat nişanlı, “Ekskavator Volvo EC480DL” markalı, 10-Z-116 dövlət qeydiyyat nişanlı, Ekskavator Volvo EC480DL” markalı 10-S-727 dövlət qeydiyyat nişanlı, “X2 L150F” markalı, 10-U-919 dövlət qeydiyyat nişanlı, “X2 L180G” markalı, 10-S-723 dövlət qeydiyyat nişanlı və “X2 L150G markalı, 90-L-648 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin üzərinə həbs qoyulmalıdır. Azərbaycan Respublikası MPM-in 231, 263-269 – cu maddələrini və “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqdimat təmin edilsin. Borclu MMC-yə məxsus “Ekskavator Volvo EC-290” markalı, 10-D-714 dövlət qeydiyyat nişanlı, “Ekskavator Volvo EC480DL” markalı, 10-Z-116 dövlət qeydiyyat nişanlı, Ekskavator Volvo EC480DL” markalı 10-S-727 dövlət qeydiyyat nişanlı, “X2 L150F” markalı, 10-U-919 dövlət qeydiyyat nişanlı, “X2 L180G” markalı, 10-S-723 dövlət qeydiyyat nişanlı və “X2 L150G markalı, 90-L-648 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri üzərinə həbs qoyulsun. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar