Məhkəmə qərarları › İş №8(076)-299/2023

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №8(076)-299/2023

26.04.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 8(076)-299/2023 26.04.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızı, Şəmkir rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli “İcra sənədi üzrə icraata xitam verilməsi haqqında” qərarından X1 tərəfindən verilmiş şikayəti nəzərdən keçirərək, müəyyən etdi: ünvan 1 ünvanında yaşayan X1 ərizə ilə məhkəməyə müraciət edərək, Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin xitam qərarının ləğv edilməsi və borclu X2 ona olan 12.000 min manat aliment borcunun alınıb ona verilməsi üçün aidiyyatı üzrə göstəriş verilməsini xahiş etmişdir. Qərardan narazı qalan X1 ərizəsini onunla əsaslandırmışdır ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)-728/2012 saylı, xx.xx.2012-ci il tarixli qətnaməsinə əsasən, Şəmkir rayonunun Abbaslı kənd sakini X3, iki azyaşlı uşaqları yetkinlik yaşına çatana kimi uşaqların hər birinə 50 manat, cəmi 100 manat aliment pulu onun xeyrinə tutulmalıdır. xx.xx.2023-cü il tarixədək, borclu ona aliment pulu ödəməmişdir. Ona görə onu şikayət edib, aliment pulunun verilməsini tələb etmişdir. Onun şikayət ərizəsi əsasında cavabdehi İcra Şöbəsnə dəvət edib 12.000 manat aliment borcunu cavabdehin əmlakına yönəltmək istəmişlər. Borclu onu aldadaraq, ona demişdir ki, bir aya kimi, qızı Leylanın toyuna kimi 12.000 manatı ödəyəcək, borcu qarşılığında o yazaraq borclunun aliment ödədiyini, heç bir tələbi olmadığını bildirmişdir. Qeyd olunan ərizəni icra məmurunun otağında yazmışdır. Lakin borclu ona olan aliment borcunu ödəməkdən imtina edir. Məhkəmə hesab edir ki, ərizə qanunla müəyyən edilmiş formada və qanunvericiliklə müəyyən olunmuş müddətdə verilmədiyindən geri qaytarılmalıdır. Belə ki, 01 oktyabr 2021-ci il tarixdən qüvvəyə minmiş MPM-in 361.1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş məzmunda və formada verilməlidir (həmin forma MPM-ə 2 saylı Əlavədə müəyyən olunmuşdur). Belə ki, müraciətə “ərizə” yazsa da məhkəmədən qərarın ləğvini xahiş etdiyi üçün müraciətə “şikayət” yazılmalı idi. Göründüyü kimi H. Məmmədov tərəfindən verilmiş şikayətdən görünür ki, şikayət Mülki Prosessual Məcəlləyə 2 saylı əlavədə müəyyən olunmuş forma və məzmununa uyğun tərtib edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 363.1.1-1-ci maddəsinə əsasən, apelyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Bundan başqa, şikayətə əlavə edilmiş sənədlərdən görünür ki, İlhamə Kərimova şikayətə Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarını əlavə etmiş, lakin həmin qərarı hansı tarixdə əldə etməsinə dair sübutunu şikayətə əlavə etməmişdir. Məhkəmə qeyd edir ki, X5 Rayon İcra və Probasiya Şöbəsinin mübahisələndirilən qərarı əldə etmiş olsa belə, həmin qərarı hansı tarixdə əldə etməsinə dair sübutunu şikayətə əlavə etmədiyindən, Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin qərarından verilən şikayətin qanunla müəyyyən edilmiş prosessual müddət (10 gün) ərzində verilib-verilmədiyini müəyyən etmək olmur. Azərbaycan Respublikası MPM-in 363.2-ci maddəsinə görə, apellyasiya şikayətinin qaytarılması haqqında qərardad çıxarılır. Həmin maddənin 363.3-cü maddəsinə görə, apellyasiya şikayətinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 263, 264 və 363-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: xx.xx.2023-cü il tarixli “İcra sənədi üzrə icraata xitam verilməsi haqqında” qərarından X1 tərəfindən verilmiş şikayət geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar