Məhkəmə qərarları › İş №8(076)-304/2023

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №8(076)-304/2023

23.05.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 8(076)-304/2023 23.05.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Tanırverdiyev Elnur Mehti oğlunun katibliyi ilə, Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 iştirakları ilə, Şəmkir Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş “borclunun əmlakı üzərinə qoyulmuş həbsin götürülməsi barədə” təqdimata açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Elşən Əliyev təqdimatla məhkəməyə müraciət edərək, Borclu məxsus ********** qeydiyyat nömrəli, **********99 reyestr nömrəli torpaq sahəsinin üzərinə qoyulmuş həbsin götürülməsi məsələsinə baxılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin e-2- 2(083)-495/2019 saylı xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Borclu 14903 manat borc və 30 manat dövlət rüsumu alınaraq tələbkar “Azəriqaz” İB-nin Şəmkir RQİİ-nin hesabına ödənilməlidir. Bununla əlaqədar xx.xx.2020-ci il tarixdə Şəmkir Rayon İcra və Probasiya Şöbəsində başlanılmış icraat zamanı icra məmurunun təqdimatına əsasən Şəmkir Rayon Məhkəməsinin 8(076)-138/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə Borclu məxsus ********** qeydiyyat nömrəli, **********99 reyestr nömrəli torpaq sahəsinin qoyulmuşdur. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(083)-495/2019 saylı xx.xx.2019-cu il tarixli icra sənədinin icrası ilə bağlı tələbkar “Azəriqaz” İB-nin 14-2-2-13/2-288/2023 saylı xx.xx.2023-cü il tarixli məktubuna əsasən icra sənədi üzrə borclu sayılan Borclu adına olan abonent kodu ləğv edilmiş və Yaqub Aslanov adına dəyişdirilərək mövcud borcdan ödəniş edilmişdir. Bu səbəbdən yaranmış zərurət aradan qaldırılmışdır və buna görə də Borclu məxsus ********** qeydiyyat nömrəli, **********99 reyestr nömrəli torpaq sahəsinin üzərindən həbsin götürülməsini məqsədəuyğun hesab edilir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, borclu və tələbkarın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir, lakin icra məmuru məhkəmə iclasında iştirak etmişdir. Məhkəmə AR MPM-in 231.2-ci maddəsinə əsasən işə tələbkarın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Elşən Əliyev təqdimatın məzmuna uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Borclu təqdimatın təmin edilməsini xahiş etmişdir. Məhkəmə, təqdimatı və ona əlavə olunmş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli qərardaddan görünür ki, Borclu adına Şəmkir şəhərində yerləşən ********** qeydiyyat nömrəli, **********99 reyestr nömrəli torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. İcra haqqında Azərbaycan Respublikasının Qanununun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, hazırki vəziyyətdə borclunun əmlakı üzərinə həbs qoyulması üçün əsaslar aradan qalxdığından, təqdimat təmin olunmalı, icra sənədi üzrə Borclu məxsus ********** qeydiyyat nömrəli, **********99 reyestr nömrəli torpaq sahəsinin üzərinə qoyulmuş həbs götürülməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Тəqdimat təmin edilsin. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(083)-495/2019 saylı xx.xx.2019-cu il tarixli icra sənədi üzrə Borclu məxsus ********** qeydiyyat nömrəli, **********99 reyestr nömrəli torpaq sahəsinin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar