Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 8(076)-304/2025 08.05.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Mən Şəmkir Rayon Məhkəməsinin hakimi X1, Şəmkir rayon İcra və Probasiya Şöbəsinin borclunun məcburi gətirilməsi haqqında təqdimatını məhkəmə iclasında baxaraq məhkəmə iclasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru təqdimatla məhkəməyə müraciət edərək, Borclu Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi haqda qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Təqdimatın məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, təqdimat qanunvericilikdə nəzərdə tutulmuş zəruri tələblərə əməl edilmədən məhkəməyə verilmişdir. Belə ki, təqdimatda göstərilmişdir ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(076)-3928/2024 saylı qətnaməsinə əsasən Borclu 11.466,78 manat pulun və 124,40 manat dövlət rüsumunun alınaraq tələbkar "xxxx" ASC-yə verilməsi qət edilmişdir. Borclu rəsmi xəbərdarlıqlar və çağırış vərəqəsi göndərilməsinə baxmayaraq, o, icra sənədində göstərilən tələbləri yerinə yetirmir, habelə icra məmurunun çağırışı ilə icra şöbəsinə gəlməkdən üzürsüz səbəbdən boyun qaçırır. Odur ki, icra şöbəsi Borclu Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi haqda qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Lakin buna baxmayaraq, icra məmuru məhkəmənin həmin qətnaməsini və ya icra vərəqəsini təqdimata əlavə etməmişdir. Belə olan halda Borclu hansı icra sənədi üzrə borclu olması müəyyən edilə bilməmişdir. Azərbaycan Respublikası MPM-in 149.2.3-cü maddəsinə əsasən ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, hesab edirəm ki, təqdimat Şəmkir rayon İcra və Probasiya Şöbəsinə geri qaytarılmalı, icra məmuruna qeyd olunan nöqsanı aradan qaldırdıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəmkir rayon İcra və Probasiya Şöbəsinin Borclu məcburi gətirilməsi haqqında təqdimatı və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İcra məmuruna izah edilsin ki, qeyd olunan nöqsanı aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən təqdimatla məhkəməyə müraciət etmək hüququna malikdir. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. X3
Məhkəmə qərarları › İş №8(076)-304/2025
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №8(076)-304/2025
08.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver