Məhkəmə qərarları › İş №8(076)-312/2023

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №8(076)-312/2023

25.05.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 8(076)-312/2023 25.05.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Tanırverdiyev Elnur Mehti oğlunun katibliyi ilə, Şəmkir Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş “borclunun məcburi gətirilməsi barədə” təqdimata açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Xəyal Verdiyev təqdimatla məhkəməyə müraciət edərək, Borclu məcburi qaydada gətirilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Daxili İşlər nazirliyi Göyçay Rayon Polis Şöbəsinin MN ******* nömrəli, xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarına əsasən Məmmədova X1 Rspublikası inzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 200 manat məbləğində inzibati cərimə edilmişdir. İcra sənədi xx.xx.2021-ci il tarixdə icraata daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 gün müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər Borclu icra sənədində göstərilən ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmış və icra sənədi üzrə tələbi təmin etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, borclu məhkəmə iclasına gəlməmiş, lakin icra məmuru məhkəmə prosesində iştirak etmişdir. Məhkəmə AR MPM-in 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında “borclunun məcburi gətirilməsi barədə” təqdimatı tərtib etmiş Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Xəyal Verdiyev təqdimatın təmin edilməsini xahiş etmişdir. Məhkəmə, təqdimata əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, təqdimat əsaslı olduğundan təmin olunmalı və inzibati tənbeh vermə haqqında qərara əsasən Borclu Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə gətirilməlidir. Belə ki, Göyçay Rayon Polis Şöbəsinin MN ******* nömrəli, xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarına əsasən Məmmədova X1 Rspublikası inzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 200 manat məbləğində inzibati cərimə edilmişdir. Təqdimata əlavə edilmiş xx.xx.2021-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, Borclu Göyçay Rayon Polis Şöbəsinin 0685283/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədində göstərilən tələbin könüllü icra edilməsi üçün 10 gün vaxt verilmişdir. Təqdimata əlavə edilmiş “borclunun məcburi gətirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, icra məmuru tərəfindən borclunun məcburi qaydada Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə gətirilməsi qərara alınmış, həmin qərar icra qurumunun rəhbəri tərəfindən təsdiq edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Belə olan halda məhkəmə hesab edir ki, Borclu Şəmkir rayon 1 saylı notariat ofisinin 8İ-13441 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə tələbin könüllü icrası barədə bildirişə, məsuliyyətə cəlb olunma barədə xəbərdarlıqlara baxmayaraq, Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə gəlməkdən, eləcə də icra sənədi üzrə müəyyən edilmiş borcu ödəməkdən üzrsüz səbəbdən yayındığından, o, Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməlidir. Şərh olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəllənin 231, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqdimat təmin edilsin. xx.xx.1989-cü il tarixdə Şəmkir rayonu Çaparlı kəndində doğulmuş, Şəmkir rayonu Muxtariyyat kəndində yaşayan Borclu Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilsin. Qərardadın icrası Şəmkir rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar