Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 8(076)-312/2025 21.05.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X1 Mirzağa oğlunun sədrliyi Quluyeva Zərnişan Firdovsi qızının katibliyi ilə İddiaçı Tələbkar cavabdeh Borclu qarşı alimentin artırılması tələbinə dair mülki iş üzrə icra sənədinin qaytarılması barədə Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi və Şəmkir Rayon Məhkəməsinin 25 iyul 2016-cı il tarixli 2(076)-3556/2016 saylı icra sənədinin təkrar icraya yönəldilməsi barədə tələbkarın ərizəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Şəmkir Rayon Məhkəməsinin 25 iyul 2016-cı il tarixli 2(076)-3556/2016 saylı qətnaməsi ilə iddiaçı Tələbkar cavabdeh Borclu qarşı alimentin artırılması tələbinə dair iddiası qismən təmin edilərək, xx.xx.2008–ci il təvəllüdlü Fidan və xx.xx.2009–cu il təvəllüdlü Amin adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün əvvəllər təyin edilmiş alimentin miqdarı artırılaraq hər ay hər uşaq üçün 90 manat məbləğində müəyyən edilmiş və hər ay cavabdeh Borclu həmin məbləğində alimentin tutulub iddiaçı Tələbkar verilməsi qət edilmiş, qətnamə qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmişdir. Bundan sonra “İcra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında” Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarı ilə həmin icra sənədi məhkəməyə qaytarılmışdır. Hazırda yuxarıda qeyd olunan icra sənədi üzrə Tələbkar ərizə ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsini və Şəmkir Rayon Məhkəməsinin 25 iyul 2016-cı il tarixli 2(076)-3556/2016 saylı qətnaməsinin təkrar icraya yönəldilməsini məhkəmədən xahiş etmişdir. Tələbkar, Borclu və Şəmkir rayon İcra və Probasiya Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada lazımi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Bununla belə Tələbkar məhkəməyə yazılı ərizə ünvanlayaraq, ərizəyə onun iştirakı olmadan baxılmasını və təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işə tələbkarın, borclunun və icra orqanının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə olan sənədləri nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına qiymət verərək hesab edir ki, tələbkarın ərizəsi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Şəmkir Rayon Məhkəməsinin 25 iyul 2016-cı il tarixli 2(076)-3556/2016 saylı qətnaməsi ilə xx.xx.2008–ci il təvəllüdlü Fidan və xx.xx.2009–cu il təvəllüdlü Amin adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün əvvəllər təyin edilmiş alimentin miqdarı artırılaraq hər ay hər uşaq üçün 90 manat məbləğində müəyyən edilmiş və hər ay cavabdeh Borclu həmin məbləğində alimentin tutulub iddiaçı Tələbkar verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilməsi üçün Şəmkir rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş, icra hərəkətləri həyata keçirilərkən tələbkarın ərizəsi əsasında Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarı ilə icra sənədi məhkəməyə qaytarılmışdır. Göründüyü kimi Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru xx.xx.2023cü il tarixli qərarı ilə tələbkarın ərizəsi əsasında Şəmkir Rayon Məhkəməsinin 25 iyul 2016cı il tarixli 2(076)-3556/2016 saylı icra sənədini məhkəməyə qaytarmışdır. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.1–ci maddəsinə əsasən tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi tələbkarın ərizəsi əsasında icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. Ona görə də məhkəmə hesab edir ki, hazırki vəziyyətdə icra sənədinin məhkəməyə qaytarılması üçün hüquqi əsas yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarı ləğv edilməli və 25 iyul 2016-cı il tarixli 2(076)-3556/2016 saylı icra sənədi təkrar icraya yönəldilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 231, 263, 264 və 266–cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ : Ərizə təmin edilsin. “İcra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında” Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarı ləğv edilsin. İddiaçı Tələbkar cavabdeh Borclu qarşı alimentin artırılması tələbinə dair Şəmkir Rayon Məhkəməsinin 25 iyul 2016-cı il tarixli 2(076)-3556/2016 saylı icra sənədi icra edilməsi üçün təkrar icraya yönəldilsin. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. X2
Məhkəmə qərarları › İş №8(076)-312/2025
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №8(076)-312/2025
21.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver