Məhkəmə qərarları › İş №8(076)-314/2025

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №8(076)-314/2025

27.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 8(076)-314/2025 27.05.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim: Heydərova Nazlı Azər qızının sədrliyi Katib: Həşimov Ağaxan Habil oğlunun katibliyi ilə “İcra sənədinin qaytarılması haqqında” Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və Şəmkir Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(076)-2763/2018 saylı icra sənədinin təkrar icraya yönəldilməsi barədə tələbkar X1 ərizəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəmkir Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(076)-2763/2018 saylı icra sənədinə əsasən, Borclu Fəxrəddin oğlundan hər ay 3 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 360 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X2 ödənilməsi qət edilmişdir. Bu barədə qətnamə qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmişdir. Hazırda yuxarıda qeyd olunan icra sənədi üzrə tələbkar X3 ərizə ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini və Şəmkir Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(076)-2763/2018 saylı qətnaməsinin təkrar icraya yönəldilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(076)- 2763/2018 saylı qətnaməsi ilə cavabdeh Borclu Fəxrəddin oğlundan üç uşağın saxlanılması üçün hər ay hər uşağa 120(bir yüz iyirmi) manat aliment tutulması qət edilib icraya yönəldilmişdir. O icra şöbəsində borclu ilə razılaşıb ərizə yazsa da borclu alimenti ödəmir. Belə ki, borclu ona bütün aliment borcunu verməli idi, vermədi. Onu aldadıb ölkədən çıxışına qoyulan məhdudiyyəti aradan qaldırmaq imiş. Ona görə də icra məmurunun qərarının ləğv edilib həmin işin yenidən icraya yönəldilməsini istəyir. Şəmkir rayon İcra və Probasiya Şöbəsinə və borcluya və tələbkara məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə işə icra məmurunun, tələbkarın və borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına qiymət verərək hesab edir ki, tələbkarın ərizəsi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(076)- 2763/2018 saylı icra sənədinə əsasən, Borclu Fəxrəddin oğlundan hər ay 3 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 360 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X2 ödənilməsi qət edilmişdir. Bu barədə qətnamə qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmiş, icra hərəkətləri həyata keçirilərkən tələbkarın ərizəsi əsasında Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli qərarı ilə icra sənədi məhkəməyə geri qaytarılmışdır. Göründüyü kimi Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun xx.xx.2024-cü il tarixli qərarı ilə tələbkarın ərizəsi əsasında Şəmkir Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(076)-2763/2018 saylı icra sənədi məhkəməyə geri qaytarılmışdır. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5–ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Həmin Qanunun 23.1.1–ci maddəsinə əsasən tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi tələbkarın ərizəsi əsasında icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. Məhkəmə hesab edir ki, hazırki vəziyyətdə icra sənədinin məhkəməyə qaytarılması üçün hüquqi əsas yoxdur Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. İcra hərəkətləri üzrə tələbkarın üstün maraqları qorunmalıdır. Məhkəmələr qanunun gücü ilə subyektlər üzərində nəzarəti həyata keçirtməklə mükəlləfdirlər. Odur ki, Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməli və xx.xx.2018-ci il tarixli, 2(076)-2763/2018 saylı icra sənədi təkrar icraya yönəldilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 231, 263, 264 və 266–cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Ərizə təmin edilsin. “İcra sənədinin qaytarılması haqqında” Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(076)-2763/2018 saylı icra sənədi icra edilməsi üçün təkrar icraya yönəldilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nazlı Heydərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar