Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 8(076)-318/2023 05.06.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Tanırverdiyev Elnur Mehti oğlunun katibliyi ilə, Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Borclu iştirakları ilə, Şəmkir Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş “borclunun əmlakı üzərinə qoyulmuş həbsin götürülməsi barədə” təqdimata açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Dəyanət Məmmədov təqdimatla məhkəməyə müraciət edərək, Borclu məxsus “HUNDAİ TUCSON” markalı **-BP-*** dövlət nömrə nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi məsələsinə baxılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)-249/2011 saylı, xx.xx.2011-ci il tarixli icra sənədinə əsasən Borclu 44-241-01-14 №-li telefondan istifdəyə görə kreditor “Şəmkir Telekommunikasiya qovşağı” nın xeyrinə 191.79 manat məbləğində rabitə xidmətindən istifadə haqqı və 10 manat dövlət rüsumu tutulmuşdur. Bununla əlaqədar xx.xx.2011-ci il tarixdə Şəmkir Rayon İcra və Probasiya Şöbəsində başlanılmış icraat zamanı icra məmurunun təqdimatına əsasən Şəmkir Rayon Məhkəməsinin 8(076)-259/2011 saylı xx.xx.2011-ci il tarixli qərardadı ilə Borclu məxsus “ HUNDAİ TUCSON” minik markalı **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Şəmkir Rayon Məhkəməsinin 2(076)-249/2011 saylı xx.xx.2011-ci il tarixli icra sənədinin icrası ilə bağlı yaranmış zərurət aradan qaldırılmışdır və buna görə də Borclu məxsus “HUNDAİ TUCSON” markalı **-BP-*** dövlət qeydiyyat nişanlı avtomaşının üzərindən həbsin götürülməsini məqsədəuyğun hesab edilir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, tələbkarın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir, lakin icra məmuru və borclu məhkəmə iclasında iştirak etmişlər. Məhkəmə AR MPM-in 231.2-ci maddəsinə əsasən işə tələbkarın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Dəyanət Məmmədov təqdimatın məzmuna uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Borclu təqdimatın təmin edilməsini xahiş etmişdir. Məhkəmə, təqdimatı və ona əlavə olunmş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli qərardaddan görünür ki, Borclu adına “HUNDAİ TUCSON” minik markalı **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. İş materiallarına əlavə edilən xx.xx.2023-cü il tarixli 179 №-li arayışdan görünür ki, Borclu ona məxsus ********* saylı telefona olan borcunu ödəmişdir. İcra haqqında Azərbaycan Respublikasının Qanununun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, hazırki vəziyyətdə borclunun əmlakı üzərinə həbs qoyulması üçün əsaslar aradan qalxdığından, təqdimat təmin olunmalı, icra sənədi üzrə Borclu məxsus “HUNDAİ TUCSON” markalı **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Тəqdimat təmin edilsin. Şəmkir rayon Məhkəməsinin 2(076)-249/2011 saylı xx.xx.2011-ci il tarixli icra sənədi üzrə Borclu məxsus « HUNDAİ TUCSON » markalı **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №8(076)-318/2023
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №8(076)-318/2023
05.06.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver