Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 8(076)-32/2024 01.02.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi Vəlizadə Rövşən Nazim oğlunun katibliyi ilə Şəmkir rayon İcra və Probasiya X1, Borclu iştirakları ilə Şəmkir rayon İcra və Probasiya Şöbəsinin borclunun əmlakı üzərinə qoyulmuş həbsin götürülməsi haqqında təqdimatına məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Xəyal Verdiyev borclunun əmlakı üzərinə qoyulmuş həbsin götürülməsi haqqında təqdimatla məhkəmə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(076)–2967/2016 saylı icra vərəqəsinə əsasən borclular X3, X5, Borclu və X4 müştərək qaydada cəmi 10675,82 ABŞ dolları məbləğində kredit borcu və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq Tələbkar ASC-nin hesabına ödənilməsi qət edilmişdir. Bununla əlaqədar xx.xx.2016-cı il tarixdə Şəmkir rayon İcra və Probasiya şöbəsində başlanılmış icraat zamanı icra məmurunun tədqimatına əsasən Şəmkir rayon Məhkəməsinin 8(076)-87/2018 saylı xx.xx.2018-ci il tarixli qərardadı ilə Borclu məxsus olan “VAZ 21074” minik markalı **- BL-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Şəmkir Rayon Məhkəməsinin 2(076)–2967/2016 saylı xx.xx.2016-cı il tarixli icra vərəqəsinin icrası ilə bağlı yaranmış zərurət aradan qaldırılmışdır və buna görə də Borclu məxsus olan “VAZ 21074” minik markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomaşının üzərindən həbsin götürülməlidir. Odur ki, Borclu məxsus “VAZ 21074” minik markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilin həbsdən azad edilməsi barədə qəradad qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında Şəmkir rayon İcra və Probasiya X2 təqdimatın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Borclu təqdimatın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə tələbkara məlumat verilməsinə baxmayaraq, nümayəndəsi, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə tələbkarın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, təqdimata əlavə olunmuş Şəmkir rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(076)-2967/2016 saylı icra sənədinə əsasən borclular X3, X5, Borclu və X4 müştərək qaydada cəmi 10675,82 ABŞ dolları məbləğində kredit borcu və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq Tələbkar ASC-nin hesabına ödənilməsi qət edilmişdir. Təqdimata əlavə olunmuş Şəmkir rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2016-cı il tarixli qərarından görünür ki, Şəmkir rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(076)- 2967/2016 saylı icra sənədi icraata qəbul edilmiş və icraya yönəldilmişdir. Borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilməsinə, habelə müvafiq xəbərdarlıq edilməsinə baxmayaraq, o, icra sənədinin icrasından yayınaraq icradan boyun qaçırmışdır. Belə ki, iş materiallarına əlavə olunan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 8(076)-87/2018 saylı qərardadından görünür ki, Borclu məxsus “VAZ 21074” minik markalı **-BL-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin üzərinə həbs qoyulmuşdur. Belə ki, iş materiallarından görünür ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(076)–2967/2016 saylı icra vərəqinin icrası ilə bağlı yaranmış zərurətin aradan qaldırıldığını təqsdiq edəcək sübutlar məhkəməyə təqdim edilmədiyindən təqdimat təmin edilməməlidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 50.2–ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Odur ki, məhkəmə hesab edir ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 8(076)-87/2018 saylı qərardadı əsaslı olduğundan Şəmkir rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş təqdimat təmin edilməməlidir. Azərbaycan Respublikası MPM–in 231, 263–269–cu maddələrini və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 50–ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Borclu məxsus “VAZ 21074” minik markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilin həbsdən azad edilməsi barədə təqdimat təmin edilməsin. Qərardaddan 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Şəfəq Məmmədova
Məhkəmə qərarları › İş №8(076)-32/2024
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №8(076)-32/2024
01.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver