Məhkəmə qərarları › İş №8(076)-323/2025

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №8(076)-323/2025

23.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 8(076)-323/2025 23.05.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X1 Mirzağa oğlunun sədrliyi Quluyeva Zərnişan Firdovsi qızının katibliyi Tələbkar: Tələbkar iştirakı ilə İddiaçı Tələbkar cavabdeh Borclu qarşı alimentin sabit pul məbləğində tutulması tələbinə dair mülki iş üzrə icra sənədinin qaytarılması barədə Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023–cü il tarixli qərarının ləğv edilməsi və Şəmkir Rayon Məhkəməsinin 27 iyul 2021–ci il tarixli 2(076)–1994/2021 saylı icra sənədinin təkrar icraya yönəldilməsi barədə tələbkarın ərizəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Şəmkir Rayon Məhkəməsinin 27 iyul 2021–ci il tarixli 2(076)–1994/2021 saylı qətnaməsi ilə iddiaçı Tələbkar cavabdeh Borclu qarşı alimentin sabit pul məbləğində tutulması tələbinə dair iddiası qismən təmin edilərək, 29 iyun 2021–ci il tarixdən başlayaraq, 29 iyul 2012–ci il tarixdə doğulmuş Hüseyn və 27 iyul 2014–cü tarixdə doğulmuş Cavidan adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Borclu hər ay hər uşaq üçün 130 (bir yüz otuz) manat sabit pul məbləğində alimentin tutulub iddiaçı Tələbkar verilməsi qət edilmiş, qətnamə qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmişdir. Bundan sonra “İcra sənədinin qaytarılması haqqında” Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023–cü il tarixli qərarı ilə həmin icra sənədi məhkəməyə qaytarılmışdır. Hazırda yuxarıda qeyd olunan icra sənədi üzrə Tələbkar ərizə ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023–cü il tarixli qərarının ləğv edilməsini və Şəmkir Rayon Məhkəməsinin 27 iyul 2021–ci il tarixli 2(076)–1994/2021 saylı qətnaməsinin təkrar icraya yönəldilməsini məhkəmədən xahiş etmişdir. Tələbkar məhkəmə iclası zamanı ərizənin dəlillərini müdafiə edərək, təmin edilməsini məhkəmədən xahiş etdi. Borclu və Şəmkir rayon İcra və Probasiya Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada lazımi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə borclunun və icra orqanının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə olan sənədləri nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına qiymət verərək hesab edir ki, tələbkarın ərizəsi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Şəmkir Rayon Məhkəməsinin 27 iyul 2021–ci il tarixli 2(076)–1994/2021 saylı qətnaməsi ilə 29 iyun 2021–ci il tarixdən başlayaraq, 29 iyul 2012–ci il tarixdə doğulmuş Hüseyn və 27 iyul 2014–cü tarixdə doğulmuş Cavidan adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Borclu hər ay hər uşaq üçün 130 (bir yüz otuz) manat sabit pul məbləğində alimentin tutulub iddiaçı Tələbkar verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilməsi üçün Şəmkir rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş, icra hərəkətləri həyata keçirilərkən tələbkarın ərizəsi əsasında Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023–cü il tarixli qərarı ilə icra sənədi məhkəməyə qaytarılmışdır. Göründüyü kimi Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru xx.xx.2023– cü il tarixli qərarı ilə tələbkarın ərizəsi əsasında Şəmkir Rayon Məhkəməsinin 27 iyul 2021–ci il tarixli 2(076)–1994/2021 saylı icra sənədini məhkəməyə qaytarmışdır. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.1–ci maddəsinə əsasən tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi tələbkarın ərizəsi əsasında icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. Ona görə də məhkəmə hesab edir ki, hazırki vəziyyətdə icra sənədinin məhkəməyə qaytarılması üçün hüquqi əsas yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023–cü il tarixli qərarı ləğv edilməli və 27 iyul 2021–ci il tarixli 2(076)–1994/2021 saylı icra sənədi təkrar icraya yönəldilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 231, 263, 264 və 266–cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ : Ərizə təmin edilsin. “İcra sənədinin qaytarılması haqqında” Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023–cü il tarixli qərarı ləğv edilsin. İddiaçı Tələbkar cavabdeh Borclu qarşı alimentin sabit pul məbləğində tutulması tələbinə dair Şəmkir Rayon Məhkəməsinin 27 iyul 2021–ci il tarixli 2(076)–1994/2021 saylı icra sənədi icra edilməsi üçün təkrar icraya yönəldilsin. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. X2

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar