Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 8(076)-324/2025 30.05.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızının sədrliyi İsmayılova Sənubər Nəcəf qızının katibliyi, Şəmkir rayon İcra və Probasiya Şöbəsinin borclunun əmlakı üzərinə qoyulmuş həbsin götürülməsi haqqında təqdimatına məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Şəmkir rayon İcra və Probasiya Şöbəsi borclunun əmlakı üzərinə qoyulmuş həbsin götürülməsi haqqında təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2020ci il tarixli, 2(076)-974/2020 saylı icra sənədinə əsasən Borclu 2500 manat və 30 manat dövlət rüsumu alınıb iddiaçı Tələbkar verilməsi qət edilmiş, həmin qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Şəmkir rayon İcra və Probasiya Şöbəsi Borclu tələbin təmin edilməsi üçün yetərli pul vəsaitinin olmadığını göstərib, ona məxsus olan, «VAZ-2101» markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə məhkəməyə təqdimat vermiş və Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021 il tarixli 8(076)-380/2021 saylı qərardadı ilə həmin təqdimat təmin edilərək Borclu məxsus «VAZ-2101» markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Hazırda Şəmkir rayon İcra və Probasiya Şöbəsi məhkəməyə borclunun əmlakının həbsdən azad edilməsi barədə təqdimat verərək göstərmişdir ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(076)-974/2020 saylı icra sənədinin icrası ilə bağlı zərurət aradan qalxmışdır. İş üzrə tələbkara, Şəmkir rayon İcra və Probasiya Şöbəsinə və borcluya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən işə borclunun, Şəmkir rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsinin və tələbkarın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan icraata xitam verilməsi haqqında qərarın surətindən görünür ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(076)-974/2020 saylı icra sənədinin icrası ilə bağlı zərurət aradan qalxdığından və borclu tərəfindən tam təmin edildiyindən həmin icra sənədinə xitam verilmişdir. İcra Haqqında Azərbaycan Respublikası Qanunun 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Odur ki məhkəmə hesab edir ki, Borclu məxsus «VAZ-2101» markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasına əsas olmuş hallar artıq mövcud olmadığından həmin avtomobil həbsdən azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 266-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin təqdimatı təmin edilsin. Borclu məxsus «VAZ-2101» markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil həbsdən azad edilsin. Qərardadın icrası Şəmkir rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hakim: Nazlı Heydərova
Məhkəmə qərarları › İş №8(076)-324/2025
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №8(076)-324/2025
30.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver