Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 8(076)-327/2025 27.05.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X1 Mirzağa oğlunun sədrliyi Quluyeva Zərnişan Firdovsi qızının katibliyi Borclu: Borclu iştirakı ilə Şəmkir Rayon 1 saylı Dövlət Notariat Ofisinin 27 fevral 2025-ci il tarixli 8İ-2969 reyestr saylı icra qeydi üzrə Borclu “Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair” Şəmkir rayon İcra və Probasiya Şöbəsinin təqdimatına açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəmkir Rayon 1 saylı Dövlət Notariat Ofisinin 27 fevral 2025-ci il tarixli 8İ-2969 reyestr saylı icra qeydinə əsasən Borclu 12.327,37 manat pulun və 25 manat dövlət rüsumunun alınıb "xxxx" ASC-yə ödənilməsi qərara alınmışdır. Hazırda Şəmkir rayon İcra və Probasiya Şöbəsi təqdimatla məhkəməyə müraciət edərək Borclu icra sənədində göstərilən borcunu ödəmədiyini, hazırda da ödəməkdən yayındığını göstərib borclunun ölkədən getmək hüququnun borcunu tamamilə ödəyənədək müvəqqəti məhdudlaşdırılmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı Borclu izahatında göstərdi ki, icra sənədində göstərilən tələbləri yerinə yetirməkdən imtina etmir və hər ay pensiyasından tutulmalar aparılır. Bu səbəbdən hazırda təqdimatın rədd edilməsini məhkəmədən xahiş edir. İş üzrə Şəmkir rayon İcra və Probasiya Şöbəsinə və tələbkara məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndələri üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən işə icra məmurunun və tələbkarın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarına, təqdimatın dəlillərinə, işdə olan sənədlərə və digər iş materiallarına əsasən hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, təqdimata əlavə olunmuş sənədlərdən görünür ki, Şəmkir Rayon 1 saylı Dövlət Notariat Ofisinin 27 fevral 2025-ci il tarixli 8İ-2969 reyestr saylı icra qeydinə əsasən Borclu 12.327,37 manat pulun və 25 manat dövlət rüsumunun alınıb "xxxx" ASC-yə ödənilməsi qərara alınmış, lakin borcluya tələbin könüllü icrası haqqında bildiriş, habelə müvafiq xəbərdarlıq edilməsinə baxmayaraq, o, öhdəliyini yerinə yetirməmiş, nəticədə onun ödənilməmiş borcu qalmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Ona görə də məhkəmə hesab edir ki, Borclu ölkədən getmək hüququnun borcunu tamamilə ödəyənədək müvəqqəti məhdudlaşdırılmasına dair icra məmurunun təqdimatı əsaslıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-in 231, 263, 264 və 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqdimat təmin edilsin. Şəmkir Rayon 1 saylı Dövlət Notariat Ofisinin 27 fevral 2025-ci il tarixli 8İ-2969 reyestr saylı icra qeydi üzrə borcunu tamamilə ödəyənədək Borclu оğlunun Azərbaycan Respublikasından getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. X2
Məhkəmə qərarları › İş №8(076)-327/2025
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №8(076)-327/2025
27.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver