Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 8(076)-335/2023 09.06.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi Musayeva Aytəkin Bulud qızının katibliyi ilə İddiaçı Tələbkar ASC–nin cavabdeh X1 qarşı borcun ödənilməsi tələbinə dair icra sənədinin təkrar icraya yönəldilməsi barədə tələbkarın nümayəndəsinin ərizəsini məhkəmə iclasında nəzərdən keçirərək MÜƏYYƏN ETDİ : İddiaçı Tələbkar ASC–nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 qarşı borcun ödənilməsi tələbinə dair Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(076)-2372/2022 saylı icra sənədinin təkrar icraya yönəldilməsini məhkəmədən xahiş etmişdir. Ərizənin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, ərizə qanunvericilikdə nəzərdə tutulmuş zəruri tələblərə əməl edilmədən məhkəməyə verilmişdir. Belə ki, ərizə Tələbkar ASC–nin nümayəndəsi Ömərov R.R tərəfindən imzalanmışdır. İş materialları ilə müəyyən olunur ki, həmin şəxsə səlahiyyət verilməsini və onun ərizəni imzalamaq hüququnun olmasını nəzərdə tutan etibarnamə iş materiallarına əlavə edilməmişdir. Azərbaycan Respublikası MPM-in 69.2-ci maddəsinə əsasən hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən təşkilat rəhbərinin səlahiyyəti onun tərəfindən məhkəməyə təqdim edilmiş xidməti vəzifəsini bildirən sənədi, zəruri olduqda isə təsis sənədləri ilə (nizamnamə, müqavilə ilə) təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 362.5-ci maddəsinə hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya nizamnaməsi ilə buna vəkil edilmiş digər şəxsin imzası ilə, həmin təşkilatın möhürü vurulmaqla verilir. Həmin Məcəllənin 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Bu da məhkəməyə o nəticəyə gəlməyə əsas verir ki, ərizə hüququ olmayan şəxs tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası MPM-in 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda iddia ərizəsi geri qaytarılır. Bundan başqa tələbkarın nümayəndəsi Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(076)-2372/2022 saylı icra sənədinin təkrar icraya yönəldilməsini xahiş etsə də, həmin icra sənədi üzrə icraata xitam verilməsi və ya icra sənədinin məhkəməyə qaytarılması haqqında Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin müvafiq qərarından şikayət verməmişdir. Bu da məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, ərizə tələbkara geri qaytarılmalı, ərizəçiyə qeyd olunan nöqsanları aradan qaldıraraq, icra sənədi üzrə Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin müvafiq qərarından məhkəməyə şikayət etmək hüququnun olması izah edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ : İddiaçı Tələbkar ASC–nin cavabdeh X1 qarşı borcun ödənilməsi tələbinə dair icra sənədinin təkrar icraya yönəldilməsi barədə tələbkarın nümayəndəsinin ərizəsi geri qaytarılsın. Tələbkara izah edilsin ki, qeyd olunan nöqsanları aradan qaldıraraq, icra sənədi üzrə Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin müvafiq qərarından məhkəməyə şikayət etmək hüququna malikdir. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №8(076)-335/2023
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №8(076)-335/2023
09.06.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver